Həcc izdihamı: faciənin "qarşısını almaq mümkün deyildi"

Bu, son 25 ildə Həcc ziyarəti zamanı baş vermiş ən ölümcül hadisədir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Bu, son 25 ildə Həcc ziyarəti zamanı baş vermiş ən ölümcül hadisədir

Səudiyyə Ərəbistanının ən yüksək rütbəli ruhanisi deyib ki, cümə axşamı günü 700-dən artıq zəvvarın ölümünə səbəb olmuş faciənin qarşısını almaq insan imkanları xaricində olub.

Şeyx Əbdüləziz bin Abdullah əl-Şeyx daxil işlər naziri şahzadə Məhəmməd bin Nayefin hadisəyə görə məsuliyyət daşımadığını deyib.

Səudiyyənin Baş Müftisinin bəyanatından əvvəl İranla yanaşı bir neçə ölkə Səudiyyə hakimiyyətini təhlükəsizlik tədbirlərinə görə tənqid edib.

Səudiyyə hakimiyyətini təhlükəsizlik tədbirlərinə görə tənqid edirlər.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Səudiyyə hakimiyyətini təhlükəsizlik tədbirlərinə görə tənqid edirlər.

İranın Ali Milli Təhlükəsizlik Şurası Səudiyyəni “səriştəsizlikdə” ittiham edib və ölümlə nəticələnmiş hadisəyə görə onlardan “cavabdehliyi üzərlərinə götürməyi” tələb edib.

Səudiyyə səhiyyə nazirliyi zəvvarları “təlimatlara əməl etməməkdə” günahlandırıb. Nigeriya isə bu iradı rədd edib.

Səudiyyə hakimiyyəti bildirib ki, faciə zəvvarların iki böyük qrupunun eyni küçəyə müxtəlif istiqamətlərdən daxil olması zaman baş verib.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Səudiyyə hakimiyyəti bildirib ki, faciə zəvvarların iki böyük qrupunun eyni küçəyə müxtəlif istiqamətlərdən daxil olması zaman baş verib.

Məkkə yaxınlığında çaxnaşma nəticəsində azı 717 nəfərin həyatını itirməsindən sonra, Səudiyyə kralı Salman Həcc ziyarətilə bağlı təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinə dair sərəncam verib. Minada iki milyon zəvvarın Həcc ziyarətinin sonuncu iri ayinində iştirak etdiyi zaman baş verən hadisədə daha 863 nəfər xəsarət alıb.

Bu son 25 ildə Həcc ziyarəti zamanı baş vermiş ən ölümcül hadisədir.

Kral bildirib ki, zəvvarların "hərəkatının təşkili və idarə olunması səviyyəsinin təkmilləşdirilməsinə" ehtiyac var.

Ölənlər arasında 130 adam İran vətəndaşı olub.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Ölənlər arasında 130 adam İran vətəndaşı olub.

Həcc ziyarətinin tərkib hissəsi kimi, zəvvarlar Məkkədən Minaya təxminən 5 kilometr səyahət edərək şeytanı təmsil edən Cəmərat adlanan sütunlara yeddi daş atırlar.

Qəza yerli vaxtla 09:00-da (06:00 GMT) baş verib.

Səudiyyə daxili işlər nazirliyinin sözçüsü Maj Gen Mansour al-Turki bildirib ki, zəvvarların iki böyük qrupunun eyni küçəyə müxtəlif istiqamətlərdən daxil olması zaman baş verib.

Son olaraq:

  • Səudiyyə hökuməti tərəfindən çaxnaşmanın araşdırılması üçün komissiya yaradılıb
  • Səudiyyə səhiyyə naziri Xalid al-falih çaxnaşmanın səbəbini bir çox zəvvarın orqanlar tərəfindən müəyyən edilmiş "vaxt cədvəlinə əməl etməməsi ilə" izah edib
  • Hadisədə azı 95 vətəndaşını itirən İranın ali lideri Ayətullah Əli Xamenei Səudiyyə hökumətinin "böyük məsuliyyəti qəbul etməli" olduğunu bildirərərk, çaxnaşmanın yaranma səbəbi kimi ""təsərrüfatsızlıq və düzgün olmayan tədbirləri" göstərib
  • ABŞ-da səfərdə olan roma papası Francis Nyu-yorkda Müqəddəs Patrik Kilsəsində ibadət zamanı "müsəlmanlarla eyni hissləri bölüşdüyünü" bildirib

Bu ayın əvvəlində Məkkə şəhərindəki Böyük Məscidin üzərinə kran aşması nəticəsində 109 nəfər ölüb, 400 nəfər yaralanıb.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP

Həcc: ölümcül hadisələr

1987: Səudi rəsmilərinin iranpərəst etirazçılarla qarşıdurması nəticəsində 400 nəfər ölüb

1990: müqəddəs yerlərə aparan tuneldə 1426 nəfər həyatını itirib

1994: çaxnaşma nəticəsində 270 nəfər ölüb

1997: yanğın zamanı 343 ziyarətçi həlak olub və 1500 nəfər yaralanıb

2006: şeytana daş atma mərasimidə basırıq nəticəsində 364 zəvvar ölüb

2006-cı ildə daş atma mərasimində 364 nəfərin həyatını itirməsinin ardından, Səudiyyə rəsmiləri ərazidəki nəqliyyat və digər infrastrukturu yaxşılaşdırmaqla bu cür hadisələrin qarşısını almağa çalışır.

Səudiyyə hakimiyyəti bu cür halların qarşısını almaq üçün nəqliyyat və digər infrastrukturun təkmilləşdirilməsinə milyardlarla dollar vəsait xərcləyib.

Müsəlmanlar üçün Həcc ziyarəti İslam dininin sütunlarından biri sayılır.