Türkiyə 9 miqrantın ölümü barədə xəbər yayıb

Kos adası Avropaya gedən miqrantların yolunda əsas tranzit məntəqələrindən biridir. (Foto avqust ayında çəkilib)

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kos adası Avropaya gedən miqrantların yolunda əsas tranzit məntəqələrindən biridir. (Foto avqust ayında çəkilib)

Türkiyə höküməti bildirib ki, dəniz yolu ilə Yunanıstanın Kos adasına gəlməyə çalışan ən azı 9 suriyalı miqrant həlak olub.

Türkiyə sahil mühafizə xidmətinin verdiyi məlumata görə, miqrantlar iki qayıq vasitəsilə adaya üzməyə cəhd göstəriblər, lakin bilinməyən səbəblərdən hər iki qayıq dənizdə batıb.

Sahil mühafizə xidməti 6 nəfəri xilas edə bilib. Doqquz nəfərin ölümü təsdiqlənib və daha 5 miqrantın isə itgin düşdüyü bildirilir, axtarışlar gedir.

Kos adası, Avropaya getməyə çalışan qeyri-qanuni Suriyalı miqrantların əsas tranzit məntəqələrindən biri hesab olunur.

Miqrantları adadan materikə yunan bərələri çatdırır. Bununla belə, miqrantların böyük əksəriyyəti Yunanıstanda qalmaq arzusunda deyil, qitənin içərisinə doğru hərəkət etməyə can atırlar.