Yunanıstan: Kos adasında miqrantlar gəmiyə köçürülür

Şəklin mənbəyi,
Yunanıstanın Kos adasında onlarla miqrantın sərnişin gəmisinə yerləşdirilməsi üçün qeydiyyatına başlanıb.
Miqrantlar üçün həmin sərnişin gəmisi müvəqqəti sığınacaq yerinə çevriləcək.
İlk növbədə gəmiyə suriyalı qaçqınlar yerləşdirilir.
Onlar Kos adasına gələndən acınacaqlı şəraitdə yaşayırlar.
Ümid edildiyinə görə, sərnişin gəmisi adaya böyük sayda miqrant axının öhdəsindən gəlməyə kömək edəcək.
Miqrantlar adaya qonşu Türkiyədən kiçik qayıqlarda üzüb gəlir.
Sərnişin gəmisinə təxminən 2,500 adamın sığınması imkanı var.
Eleftherios Venizelos gəmisinə ilk miqrantların yerləşdirilməsi bazar günü səhərdən başlayıb.




