Yüzlərlə miqrant Münhen şəhərinə çatıb

Şəklin mənbəyi, AFP
Macarıstanın Aİ qaydalarına uyğun şəkildə qeydiyyatdan keçirməyə imtina etdiyi yüzlərlə miqrant qatarla Almaniyanın Münhen şəhərinə çatıb.
1400 nəfərə yaxın insan Avstriyadan keçərək, çərşənbə axşamı səhər Münhenə gəlib və bir çoxu hələ də gəlməkdə davam edir.
İndi Macarıstan polisi böhranı nəzarətə altına almaq üçün Budapeştdəki əsas stansiyasını bağlayıb.
Budapeştdə polis tərəfindən bağlanan Keleti dəmir yol stansiyasının ətrafında, 1000-ə yaxın miqrant toplaşıb.

Şəklin mənbəyi, Reuters
Yolunu davam etmək üçün qapıların açılmasını tələb edən miqrantlar "Almaniya, Almaniya" şüarlarını səsləndirib.
Ötən gün Almaniyaya getmək istəyənlər Budapeştdən Vyanaya və ordan Münhenə yollanan qatara miniblər. Miqrantların əksəriyyətinin Suriya, Əfqanıstan və Eritreyadan olduğu bildirilir.

Dublin razılaşmasına əsasən sığınacaq üçün müraciət edənlər ilk gəldiyi ölkə ərazisində qeydiyyatdan keçməlidirlər. Hərçənd ki, bu tələbə Yunanıstan və Macarıstanda əməl olunmur.
Avstriya cümə axşamı yük maşınında 71 nəfərin ölü tapılmasından sonra Macarıstanla sərhəddə əlavə yoxlanış nöqtəqələri istifadəyə verib.
Bu il Avropaya miqrant axışı rekord həddə çatıb, təkcə iyul ayında bu rəqəm 107.500 olub.

Şəklin mənbəyi, AFP
Miqrantlardan çoxu cümə axşamı Parndorfdan keçən avtobanda ölü tapılıb. Güman edilir ki, onlar vətəndaş müharibəsindən qaçan suriyalılardır.
Ölümlərlə əlaqəli beş nəfər həbs edilib.
Bazar ertəsi Avstriyada minlərlə insan miqrantlara daha yaxşı hüquqlar verilməsi üçün çağırış edib.
Bundan başqa, ötən həftə Aralıq dənizində Liviyadan Avropaya keçmək istəyən yüzlərlə insan suda batıb.





