Suriyalılar Angela Merkelə niyə sevgi məktubları göndərirlər?

Merkelin suriyalılar tərəfindən qarşılanması, onu Drezden yaxınlığındakı miqrant mərkəzinin qarşısında küyə basan ifrat sağ təmayüllü etirazçıların münasibəti ilə ziddiyyət təşkil edir.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Merkelin suriyalılar tərəfindən qarşılanması, onu Drezden yaxınlığındakı miqrant mərkəzinin qarşısında küyə basan ifrat sağ təmayüllü etirazçıların münasibəti ilə ziddiyyət təşkil edir.

Almaniyada ifrat-sağ təmayüllü etirazçıların kansler Angela Merkeli küylədikləri bir vaxtda suriyalılar ona Facebook-da sevgi namələri göndərirlər.

Çərşənbə axşamı Almaniyanın Federal Miqrasiya və Qaçqınlar Departamentindən alınan tvitdə deyilir ki, innən belə Suriyadan olan qaçqınlara Dublin Qaydaları tətbiq olunmayacaq. Bəs bu quru sərəncamın mənası nədir? Sadə dildə bu o deməkdir ki, Almaniya innən belə suriyalı qaçqınları ilk dəfə düşdükləri ölkələrə, məsələn İtaliya və Yunanıstana qaytarmayacaq. Bu, əlbəttə suriyalılar üçün xeyir xəbərdir.

Bu şəkildəki görüntülər sosial mediada yayılan postlara bir nümunədir. Mesajda “Biz Almaniyanı sevirik” deyilir

Şəklin mənbəyi, Social media

Şəklin alt yazısı, Bu şəkildəki görüntülər sosial mediada yayılan postlara bir nümunədir. Mesajda “Biz Almaniyanı sevirik” deyilir
Bu mesajda isə lirik bir şeir Almaniya liderinin fotosuna birləşdirilib. Şeirin adı “Qaçqınlara xitab”dır

Şəklin mənbəyi, Social media

Şəklin alt yazısı, Bu mesajda isə lirik bir şeir Almaniya liderinin fotosuna birləşdirilib. Şeirin adı “Qaçqınlara xitab”dır
 “Biz sizi sevirik”. Ərəbcə deyilir: “Dublin Qaydalarını ləğv etdiyinə görə Merkel təşəkkürə layiqdir. Sizi bir gün görmək istərdim”

Şəklin mənbəyi, Social media

Şəklin alt yazısı, “Biz sizi sevirik”. Ərəbcə deyilir: “Dublin Qaydalarını ləğv etdiyinə görə Merkel təşəkkürə layiqdir. Sizi bir gün görmək istərdim”
Bəzi istifadəçilər isə postlarla Merkeli salamlayan Suriya prezidenti Bəşər əl-Əsədin dediyi şüarı birləşdiriblər. Bir başqaları isə Almaniya liderini səlib yürüşləri zamanı müsəlmanlara sığınacaq vermiş xristian kralı Nequsla müqayisə edirlər.

Şəklin mənbəyi, Twitter

Şəklin alt yazısı, Bəzi istifadəçilər isə postlarla Merkeli salamlayan Suriya prezidenti Bəşər əl-Əsədin dediyi şüarı birləşdiriblər. Bir başqaları isə Almaniya liderini səlib yürüşləri zamanı müsəlmanlara sığınacaq vermiş xristian kralı Nequsla müqayisə edirlər.

Bu xəbər bir gecə ərzində Facebook-u almanlara və xüsusilə də kansler Merkelə ünvanlanmış sevgi postları ilə doldurub.

Bir Facebook istifadəçisi isə yazır: “Biz uşaqlarımıza deyəcəyik ki, Suriya qaçqınları onlara daha yaxın olan Məkkə və müsəlman torpaqlarına deyil, Avropaya pənah gətiriblər”

Merkelin suriyalılar tərəfindən qarşılanması, onu Drezden yaxınlığındakı miqrant mərkəzinin qarşısında küyə basan ifrat sağ təmayüllü etirazçıların münasibəti ilə ziddiyyət təşkil edir.

Almaniya bu il 800 min qaçqını qəbul etməyə hazırlaşır. Suriyalılar bu rəqəmin kiçik bir hissəsi olsalar da, Almaniya bütün 28 Avropa İttifaqı ölkələrinin birlikdə sığınacaq verdikləri insanlardan (626 min) daha çox qaçqın qəbul etmiş olacaq.

<italic>Bloqu <link type="page"><caption> #BBCtrending</caption><url href="http://www.bbc.co.uk/news/blogs/trending" platform="highweb"/></link> üçün Mamdouh Akbiek, Mai Noman və Mike Wendling yazıb.</italic>