Nigeriyada bomba hücumu nəticəsində “ən azı 44 nəfər ölüb”

Hücum, keçən cümə Nigeriyanın Zabamari şəhərində bomba partlayışının ardından gəlib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Hücum, keçən cümə Nigeriyanın Zabamari şəhərində bomba partlayışının ardından gəlib

Nigeriyanın Jos şəhərində baş vermiş bomba hücumu nəticəsində ən azı 44 nəfər həlak olub, rəsmilər xəbər verir.

Bazar günü axşam baş vermiş hücumda restoran və məscid hədəf alınıb.

Hücuma görə cavabdehliyi üzərinə götürən olmayıb, lakin Boko Haram islamçı qruplaşması əvvəllər Jos şəhərinə hücum edib.

Nigeriyada son günlər ərzində baş vermiş ölümcül hücumlar nəticəsində 200 nəfərdən çox insan həyatını itirib.