Liviya hakimiyyəti: İD yaraqlıları Avropada qaçqın kimi peyda olur

refugees_family

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, İD yaraqlısını adi qaçqından ayırd etmək asan deyil

“İslam dövləti” qruplaşmasının silahlıları Avropaya qaçqın adı ilə düşürlər, Liviya hökumət nümayəndəsi BBC-yə bildirib.

Dövlət müşaviri Abdul Basit Harun söyləyib ki, qaçaqmalçılar İD yaraqlılarını qeyri-leqal mühacir daşıyan gəmilərdə gizlədirlər.

Məmurun sözlərinə görə, o, bunu jihadçıların nəzarət etdiyi Şimali Afrika bölgələrində qayıq sahibləri ilə söhbətdən bilib.

O, deyir ki, jihadçılar onun əldə etdiyi qazancının yarısı müqabilində fəaliyyət göstərməyə icazə verirlər.

BMT-nin məlumatına görə, bu il 60 minə yaxın adam Aralıq dənizini kəsib keçməyə cəhd edib.

Təxminlərə görə, 1600 nəfər yolda ölüb. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 qat artıqdır.

BBC-yə müsahibəsində Harun deyib ki, İD “öz adamlarını Avropaya göndərmək üçün katerlərdən istifadə edir. Avropa polisi İD yaraqlılarını adi qaçqınlardan ayırmaq iqtidarında deyil”.

Çox vaxt yaraqlılar qayıqda başqalarından ayrı əyləşir.

Onun sözlərinə görə, jihadçılar Avropaya keçmiş yaraqlıları gələcəkdə hücumlar təşkil etmək üçün istifadə etmək niyyətindədir.

refugees_index

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, BMT-nin məlumatına görə, bu il 60 minə yaxın adam Aralıq dənizini kəsib keçməyə cəhd edib

Daha əvvəl yaraqlıların qaçqın adı ilə Avropaya yayılması haqqında Avropa Birliyinin Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyi (Frontex) ehtimal irəli sürmüşdü.

Avropa Komissiyası mühacirlərlə bağlı böhranın həlli üzrə yeni layihə təqdim edib. Layihədə ən çox mübahisə doğuran müddəa qeyri-leqalların milli kvotalar sistemi üzrə qəbul etmək planı olub.

Bu, 50 min avro sərf ediləcək plan çərçivəsində gələn iki il ərzində Avropa ölkələrində 20 minə qədər qaçqın qəbul etmək nəzərdə tutulur.