Kipr liderləri sülh danışıqlarını davam etdirəcək

Şəklin mənbəyi, BBC World Service
Kiprin ikiyə bölünmüş yunan və türk icmaları keçən il pozulan BMT sülh danışıqlarını davam etdirməyə hazırlaşırlar.
Prezident Nicos Anastasiades və türk icmasının lideri Mustafa Akıncı sülh danışıqlarına paytaxt Nikosiyanın neytral bufer zonasında başlayacaqlar.
Cümə danışıqları BMT vasitəçiliyi ilə bazar ertəsi keçirilmiş görüşdə elan edilib.
Cənab Akıncı keçən ay seçilib. Türkiyənin nəzarət etdiyi şimali Kipr 1974-cü ildə qısa yunan çevrilişinin ardından ayrılıb.
Ada bundan sonra şimaldakı kiprli türklər və cənubdakı kiprli yunanlar tərəfindən parçalanıb.
Mübahisəli mövzular
Sülh danışıqları keçən ilin oktyabrında dayandırılıb. Buna səbəb Türkiyə gəmisinin adanın cənub sahillərində qaz yataqları kəşfiyyatını həyata keçirməsinə etiraz olaraq, kiprli yunanların danışıqlardan imtina etməsi olmuşdu.
BMT nümayəndəsi Espen Barth Eide yeni təşəbbüsü “unikal imkan, istifadə edilməsi lazım olan məqam” adlandırıb.

Şəklin mənbəyi, AP
BMT sülhməramlıları təxmin edir ki, 165000 kiprli yunan şimaldan köçüb və ya çıxarılıb, 45000 kiprli türk isə cənubdan. Münaqişə tərəfləri isə rəqəmlərin daha böyük olduğunu bildirirlər.
Köçkünlərə kompensasiyanın verilməsi mövzusu danışıqların ən mübahisəli məqamlarından biri olaraq qalır.
Adanın şimalında özünü elan etmiş Şimali Kipr Türk Respublikası diplomatik təcrid olunmuş vəziyyətdədir və yalnız Türkiyə tərəfindən tanınır.
Müxbirlərin bildirdiyinə görə, mötədil solçu olan cənab Akıncının danışıqları irəli aparacağına ümidlər var.
O, apreldə keçirilmiş seçkilər zamanı sərt xətt tərəfdarı Derviş Eroğlunu məğlub edərək kiprli türklərin lideri olub.





