Şimali Kipr: prezident seçkilərində Mustafa Akıncı qalib gəlib

Yeni prezident, narazılıq dalğasına səbəb olmuş hazırki prezident Dervis Eroglu-nu məğlub edib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Yeni prezident, narazılıq dalğasına səbəb olmuş hazırki prezident Dervis Eroglu-nu məğlub edib

Şimali Kipr Türk Respublikasında seçicilər Mustafa Akıncını özlərinin yeni prezidenti seçiblər.

Seçki komissiyasının rəqəmlərinə görə, bazar günü keçirilmiş prezident seçkilərində müstəqil namizəd olmuş cənab Akıncı, səslərin 60.3 faizini toplayıb.

67 yaşlı Akıncı, beş il bundan öncə seçilmiş mühafizəkar prezident Dervis Eroglu-nu məğlub edib.

Cənab Akıncı bildirib ki, onilliklər boyu davam etmiş ixtilafın ardından Kiprdə sülhə nail olmaq üçün intensiv fəaliyyət göstərəcək.

Ada, Yunanıstanla birləşməni təmin etmək üçün həyat keçirilmiş qısa ömürlü çevrilişə cavab olaraq həyata keçirilmiş Türkiyə işğalının ardından, 1974-cü ildə bölünüb.

Sülh danışıqları, keçən ilin oktyabr ayında, kiprli yunanların Türkiyənin şimali Kiprdəki təbii qazdan istifadə etməsinə qarşı keçirilmiş etiraz aksiyasının ardından dayandırılıb.

Müşahidəçilərin sözlərinə görə cənab Akıncı, gələn ay davam etdirilməsi gözlənilən birlik danışıqlarına təkan verə biləcək mötədil siyasətci hesab edilir.