Kipr: Böhran bölünmüş adanı birləşmək barədə düşünməyə həvəsləndirə bilər

Mən bu sipər çəkilmiş şəhərdə 1951-ci ildə anadan olmuşam", Semari Asik deyir,"və mən bütün həyatımı burada yaşamışam".
Biz şimali Lefkoşanı üstü açıq klassik avtomobildə gəzib-dolaşaraq Yaşıl Xəttin cəmi bir neçə metrliyinə çatmışıq.
Bu xətt beynəlxalq səviyyədə tanınan Kipr Respublikasını Şimali Kipr Türk Respublikasından (ŞKTR) ayırır. Bu respublikanı yalnız Türkiyə tanıyıb.
Şimali Kipr sakinləri on illiklər ərzində beynəlxalq təcrid şəraitində yaşamalı olublar. Lakin indi onlar Kipr Respublikasında cərəyan edən maliyyə-bank böhranını yaxından izləyirlər.
Avtomobil həvəskarı cənab Asik deyir ki, o, qonşuların əzab-əziyyətini müşahidə etdikcə, özü də ağrı hissi keçirməkdədir.
“Mənim onlara simapatiyam var. Mən onların nə çəkdiyini bilirəm, çünki böhranla burada tez-tez üzləşmişik", o, deyir.
Lakin bir çox digər türk kiprliləri kimi, cənab Asiki eyni zamanda Kipr Respublikasındakı böhranın adanın parçalanmasına son qoya biləcəyi sualı da maraqlandırır.
"Yunan kiprliləri bunu həmişəkindən daha çox istəyə bilərlər", o, hesab edir.
"Əgər hər iki tərəf eyni böhrandan əziyyət çəkirsə, onlar masa arxasına oturub problemi birgə həll edə bilərlər".
"Reallıq"
Kipr problemi 1974-ci ildən bəri donmuş vəziyyətdə qalmaqdadır.
O zaman yunanların dəstəklədiyi çevriliş Türkiyə hərbiyyəsini adanın şimal hissəsinə müdaxilə etməyə vadar etdi.
Qanlı hadisələr nəticəsində bir çox insan evlərini tərk etməyə məcbur oldu.
ŞKTR-da hazırda turizm sektoru inkişaf etməkdədir, təhsil almaq üçün bura minlərlə xarici tələbə gəlməkdədir. Lakin Şimali Kipr tam şəkildə Türkiyənin maliyyə dəstəyindən asılı vəziyyətdə qalır.
Buna görə də Kipr Respublikasında bank sisteminin böhranda olduğu vaxt Şimali Kiprdə bank biznesinin genişləndirilməsi ideyası kifayət qədər cəlbedici görünür.

Şimali Kiprin maliyyə naziri Ersin Tatarın ofisində aparılmış müzakirələr nəticəsində ümumi fikir belədir ki, keçmişdə Şimali Kiprin bank sistemi problemlərlə üzləşə də, hazırda daha təhlükəsiz seçim kimi görünməkdədir.
"Bank hesabı açmaq istəyən hər kəs bura gələ bilər, beynəlxalq norma və qaydaları gözləmək şərtilə", cənab Tatar deyir.
O, Kipr Respublikası banklarında pullarını saxlayan on minlərlə britaniyalının bir qismini Şimala cəlb etmək əzmindədir.
"Bizə çirkili pullar lazım deyil", o, deyir, "lakin bizim Türkiyə tərəfindən dəstəklənən etibarlı bank sistemimiz mövcuddur".
Türk kiprlililəri kimi, o da qeyd edir ki, yunan kiprliləri arasında çoxlu dostu var. Eyni zamanda yunan kiprli rəsmiləri tənqid etməkdən də özünü saxlaya bilmir.
"Onlar artıq reallıqla hesablaşmalıdırlar", o, deyir, "həddən artıq özünə arxayınlıq və digərlərinə qarşı qeyri-ədalətsizlik son nəticədə bumeranq kimi qayıdır".
Tanınmaq axtarışında
Adanın şimal hissəsində külək dalğaları Kireniya, türkcə Girnə buxtasının divarlarına çırpılır .
“Bizim pulumuz olsaydı onlara borc verərdik”, Sabri Amit gülümsəyərək deyir.
Burada yada düşür ki, böhrana baxmayaraq yunan Kipri, Şimali Kiprdən fərqli olaraq beynəlxalq səviyyədə tanınıb.
"Bu məsələ həllini tapsaydı," cənab Abitin dostu Musa Aksoy deyir, "biz hamımıs sülh və rifah şəraitində yaşaya bilərdik."

Kipr respublikası Avropa İttifaqına 2004-cü ildə qoşulmaqdan öncə, BMT iki dövlətin federasiyası əsasında adanın birləşməsi planını hazırlamışdı.
Türk kiprliləri Annanın planını dəstəklədilər, lakin yunan kiprlilərin çoxu bu planı rədd etdi.
"Nə qədər ki biz bölünmmüşük," cənab Aksoy təəssüflə qeyd edir, "biz iqtisadi çətinliklərin məngənəsində çabalıyacayıq."
Bərabələşdirmə amili
Hazırda Şimali Kiprdə çoxları hesab edir ki, böhran Kipr Respublikasında bərabərləşdirmə amillinə çevrilə bilər.
Onlar qeyd edir ki, Kipr Respublikasının yeni prezidenti Nicos Anastasiades yunan kiprli siyasətçilərdən biri idi ki, Annan planının dəstəkləmişdi və bu məqsədlə dəstək kampaniyaları təşkil etmişdi.
Tərəflərin hər ikisində əksəriyyət hesab edirsə ki, birləşmə onların həyatını yaxşılaşdıra bilər, onda mümkündür ki, Avropada qalmış ən son parçalanma xətlərindən biri nəhayət, nə vaxtsa yox olacaq.
Kiprdə əvvəllər bu istiqamətdə xeyli uğursuz cəhdlər olduğundan, dəyişiklik cəhdlərinə şiddətli müqavimət ola bilər.
İqtisadi xilas paketinin müqavilənin ağır şərtlərilə bağlı prezident Anastasiades təzyiq altındadır. Bunu nəzərə alaraq, onun manevr imkanlarının məhdud olacağını güman etmək olar.
Lakin hazırkı zaman kəsiyi kifayət qədər qeyri-adidir və hadisələrin cərəyanından asılı olmayaraq, Kipr yeni eraya qədəm qoymaqdadır.




