Bu həftə trendlərdə: həştəq müharibələri və "selfie olmayan selfie"

Bu həftə ərzində İnternetdə ən çox nələr müzakirə olunub? BBC Azərbaycancanın həftəlik trendlər icmalı sosial medianın diqqət yetirdiyi hadisələrə nəzər salır.ğ

Həştəq müharibələri

Son həftə ərzində azərbaycanlı, türk və erməni istifadəçilər arasında "həştəq müharibəsi" daha da qızğın şəkildə davam edib.

aztwi

Şəklin mənbəyi, aztwi.com

Şəklin alt yazısı, Aprelin 24-də azərbaycanlı istifadəçilərin gün ərzində ən çox istifadə etdiyi sözlər və həştəqlər

Məsələn, azərbaycanlılar ermənilərin istifadə etdiyi #ArmenianGenocide ("Erməni soyqırımı") həştəqinə #BIGLIE ("Böyük yalan") əlavə edərək statuslar paylaşıb.

Cümə günü Twitterin trendlər siyahısına həm ermənilərin qətliamının, həm də Çanaqqala döyüşünün 100 illiyinə aid müxtəlif həştəqlər daxil edilib.

#ArmenianGenocide ifadəsindən başqa, populyar həştəqlər arasında #ErmeniSoykırımı, #şehitler və #Gallipoli100 olub.

Azərbaycanlı istifadəçilərin Twitter-də fəaliyyətini təhlil edən aztwi.com saytına əsasən, gün ərzində #armeniangenocide, #canakkale100 və #armenia kimi həştəqlər daha çox istifadə olunub.

Eyni zamanda #ErmenilerdenÖzürDiliyorum həştəqi bir müddət qlobal trendlər siyahısında olsa da, bəzi analitiklərə əsasən tvitlərin çoxu botlar tərəfindən yazılıb.

Şəklin mənbəyi, twitter

Twitter təhlilçisi Katy Pearce deyir ki, onun istifadə etdiyi "nodexl" proqramına əsasən bu həştəqi istifadə edən minlərlə tvit "saxtadır".

"İstifadəçilərin adlarına nəzər yetirin", Katy Pearce tvitləyib.

Prezidentin selfie olmayan selfiesi

Çinli internet istifadəçiləri prezidentlərinin ilk "selfie"-si haqqında danışmaqdan doymurlar - baxmayaraq ki, görünür Xi Jinping əslində fotonu özü çəkməyib.

Şəklin mənbəyi, BBC World Service

Tez-tez Çinin "ilk sosial media prezidenti" adlandırılan siyasətçinin indiyədək selfie çəkməməsi bəlkə də qəribədir. Beləliklə indoneziyalı siyasətçi cənab Xi ilə foto çəkdirəndən sonra çinli sosial media istifadəçiləri "özlərindən çıxdı".

Fotonu çərşənbə günü Böyük İndoneziya Hərəkatı Partiyasının siyasətçisi Fadli Zon paylaşıb. Cakartada keçirilən Asiya-Afrika Sammitində cənab Zon bir çox siyasətçi, o cümlədən Zimbabve lideri Robert Mugabe və İordaniya kralı ilə foto çəkib.

Fotonu Fadli Zon öz Twitter səhifəsində paylaşıb deyə aydındır ki, əslində bu, Çin prezidentinin selfie-si deyil. Buna baxmayaraq Çin mediası dayanmadan bununla bağlı yazır, çinli internet istifadəçiləri isə onu şərh edir.

Həmçinin oxuyun:

<link type="page"><caption> Twitter 2014-ü "selfie ili" elan edib</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/12/141210_trending_twitter_selfie_year" platform="highweb"/></link>

<link type="page"><caption> İlham Əliyevin Naxçıvanda səfirlərlə "selfie"si</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140408_aliyev_netherlands_selfie" platform="highweb"/></link>

Bombardmançılara bentley

Səudiyyəli kral ailəsi üzvü Yəməndəki hava hücumlarında iştirak edən döyüşçü pilotlara "bahalı avtomobillər təklif edəndən" sonra sosial mediada tənqidə məruz qalıb.

Al-Waleed bin Talal Al-Saud

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Al-Waleed bin Talal Al-Saud səudiyyəli bombardmançılara Bentley təklif edib

Bu həftə Səudiyyə Ərəbistanı Yəməndəki fəaliyyətinin ilk fazasının bitdiyini bəyan etmişdi. Bu xəbəri qeyd etmək üçün ölkənin ən varlı kişilərindən biri olan Şahzadə Al-Waleed bin Talal Twitterdəki 3 milyon izləyicisinə yazıb: "Onların bu əməliyyatdakı rolunu qiymətləndirmək üçün 100 səudiyyəli [döyüşçüyə] 100 Bentley təklif etməyə şadam".

Bu təklif fikirləri dərhal iki yerə bölüb: bu 28 000 adam təkrar paylaşıb, 5000-dən çox adam onu bəyənib. Şahzadəni "əliaçıqlığına" görə alqışlayıblar və bir çox səudiyyəli yazıb ki, xidmətlərinə görə pilotlar bahalı avtomobillərə və bundan da böyük hədiyyələrə layiqdirlər.

Amma Səudiyyə Ərəbistanından kənarda yaşayanların çoxu bunu təhqiredici sayıb: "Yəməni bombalayan 100 pilot üçün 100 Bentley. Onların məhv etdiyi xəstəxanalara isə heç bir dənə təcili yardım maşını da verilmir", bir yəmənli Twitterdə yazıb.

Loreen "#FreeRasul" deyəndə...

Hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunandan sonra bir çox isveçli #FreeRasul ("Rəsulu azad edin") həştəqindən istifadə edərək onun azadlığa buraxılmasına çağırış edib. Bu, Eurovision qalibi Loreen-in Instagramda paylaşdığı fotosundan sonra baş verib.

Şəklin mənbəyi, Instagram loreenofficial

Pop ulduzunun Twitterdəki statusunu da 100-ə yaxın adam təkrar paylaşıb.

Facebook-da Loreen-in rəsmi səhifəsində paylaşılan eyni fotonu 400-dən çox adam öz səhifəsində paylaşıb, bir çox adam bu şəbəkədə də #FreeRasul həştəqindən istifadə edərək Cəfərovun azadlığa buraxılmasını tələb edib.

Loreenin pərəstişkarları - bu qrup özünü "warriors", yəni "mübarizlər" adlandırır - həmin həştəqi sosial şəbəkələrdə yayıb. Hər gün bu həştəqlə onlarla status, Instagramda isə fotolar paylaşılır. Bu paylaşmaların çoxunda Loreen-in adı çəkilir.

Həmçinin oxuyun: <link type="page"><caption> #FreeRasul - Eurovision qalibi Loreen-in pərəstişkarları Rəsul Cəfərov üçün kampaniya aparır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150423_trending_free_rasul.shtml" platform="highweb"/></link>

#buölkədən getmək istəyən və istəməyənlər

Twitter şəbəkəsində başlayan #buölkədən həştəqindən istifadə edən azərbaycanlıların çoxu yumorla ölkəni tərk etməyin yollarından söz açıb, amma bəziləri onları tənqid edib.

Həştəqi dostu Rəşad Müseyibzadə ilə birlikdə yaratdığını bildirən Nail Nurəddinoğlu Zeynalov BBC Azərbaycancaya deyib ki, həştəq hansısa "məqsəd üçün yaradılmayıb".

"Əsas odu ki, hər hansı məsələ barədə istədiyin mövqedən çıxış eləyə biləsən. Məsələn, #vətən həştəqində Vətənə sevgini də ifadə edə bilirsən, narazılığını da. Eynilə #buölkədən-də olduğu kimi; "#buölkədən yoxdu" da yaza bilərsən, "#buölkədən getmək lazımdı" da yazmaq olar", o deyir.

Və elə də oldu: bəziləri "Götürüb bir çamadan ümid çıxıb gedəsən #buölkədən", digərləri isə "Milli kimliyə ad qazandırmaq üçün gedəsən #buölkədən" yazıblar.

Həmçinin oxuyun: <link type="page"><caption> Azərbaycanlılar #buölkədən nə istəyir?</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150421_trending_buolkeden" platform="highweb"/></link>

Pulemyotdan atəş açan balaca kürd qızı

Kürd qızcığazın pulemyotdan atəş açdığını əks etdirən video ilk dəfə yanvar ayında Facebook-da kürdpərəst profildə dərc olunub, qısa zamandan sonra YouTube-da "Kurd YPG" kanalında nümayiş etdirilib. YPG (Xalq Müdafiə Dəstələri) Suriyada Kürd Dümokratik Birlik partiyasının hərbi qanadıdır.

Şəklin mənbəyi, noncredit

Videodakı 6-7 yaşlı qız çəkilişi aparan şəxslə - görünür ki, atası ilə söhbət edir.

Atası qızdan soruşur: "Nə qədər İD döyüşçüsünü öldürmüsən?" - "Dörd yüz", qızcığaz kürd ləhcəsində cavab verir. Sonra o, özündən yekə olan pulemyotdan iki əllə yapışaraq atəş açır.