"Erməni soyqırımı" barədə suallar və cavablar

Birinci Dünya Müharibəsində ermənilərin Osmanlı imperiyasında baş vermiş qətliamları son dərəcə həssas məsələdir.
Türkiyə 1915-16-cı il hadisələrinin “soyqırım” kimi etiraf edilməsinə geniş çağırışları rədd edir, tarixçilər isə bu hadisələr barədə hələ çox şeyin araşdırılmadığını söyləyirlər.
Son vaxtlar bu mövzu yenidən ona görə gündəmdədir ki, bu il, aprelin 24-də həmin faciənin 100 illik tarixi tamam olur.
Canlı teleşou ulduzu, erməni kökləri olan Kim Kardashian bu tarixi günə beynəlxalq diqqəti çəkmək üçün Ermənistana səfər edib.
Nə baş verib?
Ümumun qəbul etdiyi belə bir tarixi fakt vardır ki, 1915-16-cı illərdə Osmanlı türklərinin onları Anadoludan Suriya çöllərinə sürgün etdikləri zaman yüz minlərlə erməni həlak olub. Onların ya öldürüldüyü, ya da xəstəlik və aclıqdan öldüyü söylənir.
Həlak olmuş ermənilərin sayı da mübahisəlidir. Ermənilər deyirlər ki, 1, 5 milyon nəfər ölüb. Türkiyə Respublikası ölənlərin sayını 300 min nəfər olaraq təxmin edir.
Soyqırım Alimlərinin Beynəlxalq Assosiasiyası (International Association of Genocide Scholars) ölənlərin sayının bir miyondan çox olduğunu güman edir.
2005-ci ildə assosiasiya Türkiyənin o vaxtkı baş naziri Recep Tayyip Erdoğana yazmışdı ki, “erməni soyqırımını” təkcə ermənilər iddia etmirlər, bu həm də soyqırım məsələlərini araşdıran alimlərin əksəriyyəti tərəfindən qabul olunur.
Soyqırım nədir?
BMT-nin Soyqırıma dair 1948-ci il, dekabr tarixli Konvensiyasının ikinci maddəsinə görə soyqırım “milli, etnik, irqi və ya dini qrupun qismən və ya tam məhv edilməsidir”.
Qətllər sistematik idimi?
Bunun soyqırım olması sualının cavabı – akta hazırlıqdan – qətllərin nə dərəcədə planlı şəkildə aparılması üzərində cəmləşib.
Bir çox tarixçilər, hökumətlər və ermənilər iddia edirlər ki, qətllər planlaşdırılıb. Lakin bir sıra alimlər bunu sual altına alırlar.
1943-cü ildə ilk dəfə olaraq bu termindən istifadə edən Polşalı yəhudi hüquqşünas Raphael Lemkin, onu həm ermənilərə, həm də nasistlər tərəfindən qətlə yetirilmiş yəhudilərə şamil edib.
Türkiyə rəsmiləri etiraf edirlər ki, ermənilərə qarşı qırğınlar törədilib, lakin bu, xristian erməniləri tam məhv etmək üçün sistematik qətllər olmayıb.
Türkiyə bildirir ki, müharibənin zorakılıqlarında çox sayda müsəlman türk də həlak olub.
Bu hadisənin siyasi konteksti var idimi?
1908-ci ildə Osmanlı imperiyasında hakimiyyəti ələ almış gənc zabitlər qrupu (onlara “Gənc türklər” də deyilirdi) ermənilərə qarşı bir neçə tədbir keçirmişdilər. Gənc türklərin İttifaq və İttihad Komitəsi 1914-cü ildə Almaniyanın müttəfiqi kimi Birinci Dünya Müharibəsinə daxil oldmuşdu.
Həmin vaxt Türkiyədə aparılan təbliğat erməniləri təxribatçı ünsür və Rusiyapərəst “beşinci kolon” kimi təsvir edirdi.
Ermənilər 1915-ci il aprelin 24-nü sonradan “soyqırım” kimi iddia edəcəkləri hadisələrin başlanğıcı kimi qeyd edirlər. Həmin gün Osmanlı hökuməti 50-dək erməni ziyalını və icma rəhbərini həbs etmişdi. Onlar sonradan edam edilmişdilər.
Osmanlı ordusundakı ermənilər tərksilah olunub güllələnmişdi. Ermənilərin mülkiyyətləri müsadirə olundmuşu.
Bunlara görə kimsə cəzalandırılıbmı?
Qırğınlarla bağlı 1919-20-ci illərdə bir neçə Osmanlı rəsmisinin məhkəməsi olub. Mərkəzi Anadolununun Yozqat elindən yerli vali Mehmet Kemal ermənilərin kütləvi qətllərində təqsirli bilinib edam olundu. “Gənc Türklərin” lideri sayılan üçlük və ya “üç paşa” artıq xaricə qaçmışdılar. Onlara qiyabi olaraq ölüm hökmü kəsildi.
Tarixçilər bu məhkəmənin hüquqi prosedurlarını, sübutların keyfiyyətini sual altına alırlar. Onlardan bəziləri bildiriblər ki, məhkəmə prosesləri müzəffər Antantanı razı salmaq üçün keçirilib.
Kim bu hadisələri "soyqırım" kimi tanıyır və kim tanımır?
Argentina, Belçika, Kanada, Fransa, Italiya, Rusiya və Uruqvay “erməni soyqırımını” tanıyan 20-dək ölkənin sırasındadır.
Avropa Parlamenti və BMT-nin Diskriminasiyanın Önlənməsi və Azlıqların Müdafiəsi alt komitəsi də eyni cür hərəkət ediblər.
Britaniya, ABŞ və İsrail bu hadisıələri başqa terminologiya ilə adlandırırlar.
Türkiyə bu il Roma papası Francisin qətliamı “20-ci əsrin ilk soyqırımı” adlandırmasına qəzəbli reaksiya verib.
Türkiyə bu bəyanatla bağlı Vatikandakı səfirini geri çağrıb və papanı qurbanlar arasında ayrı-seçkilik etməkdə günahlandırıb. Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi ki, papa yalnız xristian qurbanların xatirəsini yad etməklə müsəlman qurbanlara qarşı biganəlik ifadə edib.
2006-cı ildə Türkiyə Fransa parlamentində “erməni soyqırımı”nın inkarını cinayət əməli edən qanunun səsə qoyulmasını pisləmişdi. Bu layihə qanuna çevrilməsə də Türkiyə Fransa ilə hərbi münasibətlərini kəsib.
2011-ci ilin dekabrında Fransanın hakim sağ-mərkəzçi UMP partiyasından bir neçə millət vəkili, Türkiyənin hiddətinə baxmayaraq, bu qanunu yenidən gündəmə gətirdi. Bu qanun 2012-ci ilin 23 yanvarında parlamentin yuxarı palatası – senatda qəbul olundu, lakin sonradan Fransanın ən yüksək məhkəmə instansiyası olan Konstitusiya Məhkəməsi tərəfindən rədd edildi.
2010-cu ilin martında Amerikanın Konqres komitəsi erməni qətllərini “soyqırım” kimi tanıyan qətnaməni cüzi səs çoxluğu ilə qəbul edəndə, Türkiyə Vaşinqtondakı səfirini geri çağırmışdı. Xarici İşlər Komitəsi qətnaməni qəbul etsə də, prezident Obamanın administrasiyası onun Konqres səsverməsinə çıxarılmasını önləyə bilmişdi.
Bu hadisənin müasir dövrə təsiri nədən ibarətdir?

Şəklin mənbəyi, AFP
Bu qətllər müasir ermənib tarixində geniş duasporanı birləşdirən amilə çevrilib.
Ermənilər dünyanın ən çix səpələnmiş xalqlarından biridirlər.
Türkiyədə məsələyə dair debatların ruhu dəyişib.
Cinayət Məcəlləsində "türklüyün təhqiri"nə dair 301-ci maddə erməni qırğınlarını gündəmə gətirən bir çox məşhur yazıçıların cəzalandırlması üçün istifadə edilib.
Bunların arasında Nobel mükafatı laureatı, yazıçı Orhan Pamuk və jurnalist Hrant Dink də vardı. Dink sonradan, 2007-ci ilin yanvarında sui-qəsd nəticəsində öldürülüb. Onun qətlinə görə yeniyetmə türk ifrat millətçisi Oğün Samasta 2011-ci ilin yayında 23 il iş kəsilib.
Avropa İttifaqı bildirib ki, "erməni soyqırımının" etirafı İttifaqa üzvlük məsələsində Ankara qarşısında şərt kimi qoyulmayıb.
Ermənistan-Türkiyə münasibətləri hələ də soyuqdurmu?
Onilliklər sürən düşmənçilikdən sonra arada işıq ucu da görünüb. Türkiyə və Ermənistan aralarında diplomatik əlaqələrin yaradılmasına və sərhədlərin açılmasına dair 2009-cu ilin oktyabrında saziş imzalayıblar.
Lakin bu saziş hər iki parlament tərəfindən hələlik ratifikasiya olunmayıb. Ankara Ermənistanı sazişin şərtlərinə düzəliş etmək cəhdində günahlandırır.
Burada mürəkkəbləşdirici faktor dondurulmuş Dağlıq Qarabağ münaqişəsinə görə qarşılıqlı şübhədir. Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir.





