Aintree at yarışlarında Xanımlar Günü - fotoreportaj

Şəklin mənbəyi, Getty
Britaniyanın Aintree at yarışlarında maneəli qaçış üzrə Milli Festivalın ənənəvi Xanımlar Günü ən son stil, dəb və zövqü nümayiş etmək fürsətidir.
Cümə günü idman yarışları dəbdəbəli geyimlərin kölgəsində qalıb.

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AFP
Aprelin 9-da Liverpul şəhərinin yaxınlığındakı imppodromda başlayan üçgünlük yarışların açılış mərasiminə 34 min adam qatılıb. Yarış iştirakçıları və tamaşaçıların bəxtindən idman tədbiri vaxtı havalar mülayimləşib.

Şəklin mənbəyi, PA
Bu il yarışın ən zövqlü xanımını müəyyən edəcək münsiflər heyətinə müğənni Rebecca Ferguson rəhbərlik edir.

Şəklin mənbəyi, PA
Aintree yarışlarının icraçı direktoru xanımları "ədalətsiz işıqlandırmadan" qorumaq niyyətində olduğunu bildirib.
John Baker-in sözlərinə görə mənfi məqamlara vurğu edən jurnalistlər akkreditasiyalarından məhrum edilə bilərlər.

Şəklin mənbəyi, AFP
Aintree yarışlarında Xanımlar Günü 1990-cı illərdə populyarlaşmağa başlayıb və görünür ki, son illər ərzində kişilər arasındada daha cəsarətli rəng seçimlərinə meyil müşahidə olunur.
1839-cu ildə tədbirə uyğun "Lotereya" adlı at Aintree qaçışının qalibi elan olunub.
O zamandan bəri yarışlar ölkənin ən mühüm idman hadisələrindən biri olaraq qalmaqdadır.




