Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyata başlayıb

yemen

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Husilər cənub Ədədn şəhərini ələ keçirməyə yaxındırlar

Səudiyyə Ərəbistanı və onun Fars körfəzi ölkələri arasında müttəfiqləri şiə üsyançı husilərin hücumu davam edən Yəməndə hərbi əməliyyata başlayıblar, ABŞ-da Səudiyyə səfiri Adel al-Jubeir bildirib.

Koalisiya “prezident Hadi-nin Yəməni və onun xalqını husi yaraqlılarının təcavüzündən müdafiə etmək çağırışına cavab vermək qərarına gəlib”, Agence France-Presse Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qatarın bəyanatını iqtibas edir.

Səudiyyə ərəbistan səfirinin sözlərinə görə, müttəfiqlər havadan zərbələr endirəcəklər.

O həmçinin koalisiyaya 10 ölkə daxil olduğunu bəyan edib.

Koalisiya nümayəndələri Yəmən üzərində hava məkanı uçuşlar üçün qadağan olunmuş zona elan ediblər. Hava zərbələrinə Sana aeroportu və əl-Dulaimi hava bazası məruz qalıb.

Husi nümayəndələri bəyan ediblər ki, koalisiyanın Yəmən ərazisinə hava zərbələri endirilməsi bölgədə irimiqyaslı müharibəyə gətirə bilər.

ABŞ-ın dəstəyi

ABŞ Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqlərinin Yəməndə husi üsyançılara qarşı hərbi əməliyyatını dəstəkləyir, Ağ Evdə deyiblər.

“Prezident Obama Fars körfəzi Əməkdaşlıq Şurasının rəhbərliyi altında hərbi əməliyyata logistik və kəşfiyyat yardımı göstərməyi həvalə edib”, - Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Bernadett Mihan deyib.

ABŞ silahlı qüvvələri Yəməndə hərbi əməliyyatlarda bilavasitə iştirak etmir, lakin Səudiyyə Ərəbistanla birlikdə amerika dəstəyinin planlaşdırılması üzrəə qrup yaradıblər, Ağ Evdə əlavə ediblər.

Daha əvvəl husilərin paytaxtdan qaçmış prezident Əbdrəbbuh Mansur Hadinin sığındığı Əl-Ədən cənub şəhərini aza qala ələ keçirəcəkləri haqqında məlumat yayılmışdı.

Çərşənbə günü onun Əl-Ədəndə öz sarayını tərk etdiyi bildirilirdi.

KİV-lərin məlumatlarına görə, üsyançılara qatılan ordu bölmələri beynəlxalq hava limanını ələ keçirib, şəhərin mərkəzindən atışma səsləri eşidilir.

Çərşənbə günü səhər üsyançılar Əl-Ədənin 60 kilometrliyində yerləşən <link type="page"><caption> hərbi bazahı ələ keçiriblər</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/03/150325_yemen_crisis" platform="highweb"/></link>.

Yəmən hökumətində prezidentin ölkəni tərk etdiyini təkzib edirlər. Onların sözlərinə görə, o, şəhər daxilində təhlükəsiz sığınaqdadır.

Əbdrəbbuh Mansur Hadi BMT Təhlükəsizlik Şurasından şiə husi üsyançılara qarşı mübarizədə kömək etmək istəyən ölkələrin hərbi müdaxiləsinin dəstəklənməsini xahiş edib.

Öz məktubunda o, “legitim hakimiyyətə bütün mümkün üsullarla təxirəsalınmaz dəstək göstərməyə icazə verən” qətnamə qəbul etməyi xahiş edib.