Yəmən: intiharçı partlayışlarda onlarla adam ölüb

Şəklin mənbəyi, Reuters
Yəmən paytaxtı Sanada iki məsciddə baş verən intiharçı partlayışların nəticəsində ən azı 77 adam ölüb, 121 nəfər xəsarət alıb, tibb işçiləri bildirirlər.
Partlayışlar Bədr və əl-Həşuş məscidlərində günorta namazı vaxtı baş verib.

Şəklin mənbəyi, EPA
Məscidlər əsasən Sanaya nəzarət edən Zeydi Şiə Huti hərəkatının davamçıları tərəfindən istifadə olunub.

Şəklin mənbəyi, AFP
Noyabr ayında Yəməndə yerli bölməsini yaradan İslam Dövləti hücuma görə məsuliyyətə öz üzərinə götürdüyünü elan edib.
Qruplaşma adından bəyanat hücumdan sonra cihadçıların mötəbər təbliğat mənbəyi sayılan Twitter hesabında yerləşdirilib.

Şəklin mənbəyi, Reuters
Partlayışlardan bir gün əvvəl cənubdakı Ədən şəhərində hazırkı dövlət başçısı Əbdrabbuh Mənsur Hadi və sabiq prezident Əli Abdullah Saleh tərəfdarları arasında şiddətli toqquşmalar baş verib.

Şəklin mənbəyi, AP
Husi hərəkatını dəstəkləyən hərbi təyyarələr Ədəndəki prezident sarayını hədəfləyiblər.
Cənab Hadi üsyançıların ölkəni keçid dövründə idarə edəcək “prezident şurasının” yaradılmasından sonra paytaxt Sanadan Ədənə keçməli olub.




