İsveç Julian Assange-ı Londonda dindirməyi təklif edib

Şəklin mənbəyi, PA
İsveç prokurorluğu Londona gələrək Wikileaks təsisçisi Julian Assange-ı cinsi təcavüz iddiaları ilə bağlı dindirməyi təklif edib.
İsveç 2010-cu ildə cənab Assange-ı həbs etmək istəyib. Prokurorluq daha əvvəl onun İsveçdə dindirilməsini təkif edirdi.
Cənab Assange təcavüz iddialarını rədd edir və 2012-ci ildən bəri Londondakı Ekvador səfirliyində yaşayır.
O qorxur ki, İsveçə göndəriləcəyi halda məlumatın sızdırılması ittihamı ilə ABŞ-a təhvil verilə bilər.
Cənab Assange-ın vəkili, Peter Samuelson, bu addımı alqışlayıb. “Bu, bizim dörd ildən çoxdur, tələb etdiyimiz bir şeydir,” vəkil Associated Press agentliyinə bildirib.
İsveç prokuroru qərar dəyişikliyini onunla izah edib ki, cənab Assange-a qarşı ittihamlar məhdudiyyətlər nizamnaməsinə görə avqust ayında başa çatacaq.
“Mənim fikrimcə ondan Londondakı Ekvador səfirliyində müsahibə almaq, dindirmənin keyfiyyətini aşağı salacaq və məhkəmə keçiriləcəyi təqdirdə onun Esveçdə olması lazım ola bilər,” aparıcı prokuror Marianne Ny bildirib.
Wikileaks minlərlə gizli sənədi dərc etməklə, ABŞ-ı çətin vəziyyətdə qoyub və diplomatik münasibətlərdə aranı açıb.




