Uçan ağacdələnin belinə minən mişovul

Şəklin mənbəyi, Martin LeMay
Londonun şərqində, Essex rayonunda, parka gəzintiyə çıxmış həvəskar fotoqraf Martin Le-May uçan yaşıl ağcadələnin belinə minmiş mişovulu görərək nadir hadisəni lentə ala bilib.
Fotoqraf, ilk əvvəl həyacanlı quşun civiltisini eşidib, səs gələn tərəfə başını çevirəndə isə belinə mişovul minmiş ağacdələnin uçduğunu görüb.
Bir qədər uçduqdan sonra quş yerə qonub, insanları görən mişovul isə həmin anda quşu buraxaraq yaxınlıqdakı kolluqda gizlənib.
Həvəskar fotoraf çəkdiyi şəkli sosial şəbəkədə dərc etdikdən sonra həmin fotosürətlə yayılmağa başlayıb.
Zooloq Lucy Cooke BBC-ə bildirib ki həvəskarın çəkdiyi şəkil olduqca nadir bir fotodur.
Ekspertlər deyir ki, ağacdələn özünə yemi adətən yerdə axtarsa da, mişovul öz menyusuna bu quşu adətən daxil etmir.
Eyni zamanda kiçik və olduqca yüngül mişovulun qorxu bilməyən bir heyvan olduğu da məlumdur, yəni belində mişovul ağacdələnin havaya qalxması mümkünsüz deyil.
Ekspertlər bu hər iki canlı varlığın qeyri-adi qabiliyyətlərinə diqqəti çəkir: ağcadələn özündən 850 dəfə ağır yükü qaldıra bilirsə, mişovul sözündən xeyli iri heyvanlara ovlamaqdan çəkinmir.
Düzəliş: bu yazıda daha əvvəl işlədilmiş "sincab" sözü "mişovul" sözü ilə əvəz olunub.




