Anqola: homoseksual opüş tamaşaçıların qəzəbinə gəlib

Şəklin mənbəyi, Reuters
Anqolada populyar teleserialın prodüserləri iki kişinin bir-birilə öpüşü nümayiş etdirildiyinə görə televiziya tamaşaçılardan üzr istəyiblər.
"Jikulumessu" adlı serialın nümayişi, deyildiyi kimi, "texniki səbəblər üzündən" dayandırılıb.
Teleserialı çəkən şirkətə Anqola prezidentinin oğlu Jose Eduardo Paulinho və onun bacısı İsabel rəhbərlik edirlər.
Jose Eduardo Paulino dos Santos eyni zamanda həmin teleserialda Koreon Du təxəllüsü ilə baş rolda da çəkilib,
Oğul dos Santos ilk dəfə deyil ki homoseksual münasibətləri dəstəklədiyinə görə Anqolada adı hallanır.
Anqola əhalisinin əksəriyyəti ənənəvi münasibətlərə və dünyagöyüşə sadiqliyilə seçilir.
Məhz bu səbəbdən iki kişi arasında televiziyada nümayiş etdirilmiş öpüş tamaşaçıların qəzəbinə səbəb olub.
Anqola qanunvericiliyində homoseksual münasibətlər qanun pozuntusu sayılır.




