Aİ Rusiyaya sanksiyaların vaxtını uzadır

Şəklin mənbəyi, Reuters

Avropa İttifaqı xarici işlər nazirləri Brüssel görüşündə Rusiyaya Ukraynanın şərqinə müdaxilə ilə əlaqədar mövcud sanksiyaları sentyabra qədər uzadıb.

Nazirlər, həmçinin Aİ-ə səyahət qadağası və bank hesabının dondurulması tətbiq ediləcək şəxslərin əlavə siyahısını hazırlayıb.

Lakin Rusiyaya iqtisadi sanksiyalar barədə qərar qəbul edilməyib.

Görüş, həftəsonu Rusiyapərəst üsyançıların Mariapol limanına hücumundan sonra cümə axşamı çağrılıb.

Aİ və ABŞ bundan əvvəl, Rusiyada fərdi və biznes şəxslərə, o cümlədən Ukraynada separatçı liderlərə səyahət qadağaları qoyub və onların bank hesablarını dondurub.

Nato bildirir ki, Ukraynanın şərqində yüzlərlə Rusiya tankları və silahları mövcüddür.

Moskva birbaşa müdaxiləni rədd etsə də, rusiyalı könüllülərin döyüşlərə qoşulduğunu bildirib.

BBC Avropa müxbiri Damian Grammaticas deyir ki, Aİ nazirləri yeni sanksiyalar və mövcud sanksiyaları davam etdirmək barədə danışacaq.

Bu görüşdə veriləcək istənilən qərar fevralın 12-də qəbul ediləcək.

Bizim müxbirin sözlərinə görə, Rusiyaya qarşı ABŞ tərəfindən idarə edilən maliyyə sanksiyası da tətbiq edilə bilər.