Ukraynanın şərqində döyüşlər şiddətlənir

Şəklin mənbəyi, na
Son günlər ərzində Donetsk aeroportu ətrafında gedən ağır döyüşlərdə onlarla adam həlak olub və yaralanıb.
Ukraynanın şərqində ukrayna qoşunları ilə rusiyapərəst separatçılar arasında döyüşlərin bütün təmas xətti boyu gücləndiyi barədə xəbər verilir.
Tərəflər biri-birini dinc əhaliyə qarşı cinayət törətməkdə ittiham edirlər.
Donetsk və Luqansk vilayətlərinin şərqində bir neçə rayon artilleriya atəşinə tutulub.
Tanınmamış "Donetsk Xalq Respubliksaı" nümayəndələri bir neçə dəfə Donetsk aeroportunun separatçıların tam nəzarət altında olduğunu bildiriblər.
Ukrayna hərbiyyəsi hər dəfə bu cür bıəyanatları təkzib edir.
Bu arada rəsmi Kiyev ölkədə qismən hərbi səfərbərlik elan edilib.
Səfərbərlik 3 mərhələdə keçiriləcək və 7 ay çəkəcək.
Bu dövr ərzində 100 min nəfəri ukrayna ordusuna çağırmaq nəzərdə tutulub.
Yeni hərbi qulluqçular 2014-cü ildən qulluq edən əsgərləri əvəzləyəcək.
Hərbi səfərbərliyin elan edilməsini rəsmi Kiyev "Rusiya Federasiyasının təcavüzkar hərəkətləri səbəbindən yaranmış real təhlükəylə" əsaslandırır.
Ötən gün rəsmi Kiyev Rusiya ərazisindən serhədi pozaraq Ukrayna ərazisinə Rusiya ordusunun iki batalyonun keçdiyini bildirib.
Rəsmi Moskva Ukraynanın şərqində davam edən münaqişədə iştirakını inkar edir.




