Xərçəng xəstəliyinin əksər növləri "həyat tərzi və genetika ilə bağlı deyil"

Şəklin mənbəyi, SPL
ABŞ alimlərinin araşdırmasına əsasən əksər hallarda xərçəng xəstəliyinin yaranması həyat tərzi, ətraf mühit və genetika ilə bağlı deyil.
Xərçəngin bir çox növü hüceyrələrin təsadüfi bölünməsi nəticəsində əmələ gəlir, mütəxəssislər hesab edir.
Tədqiqat aparılarkən 31 xərçəng növü araşdırılıb və xəstəlik hallarının üçdə ikisində xarici və genetik amillərin təsiri müşahidə olunmayıb.
Bununla yanaşı qeyd olunur ki, həyat keyfiyyətinin yaxşılaşdırılması ağciyər və dəri xərçəngi kimi xəstəliklərin yaranmasının qarşısını ala bilər.
