Obama İD-nin Suriyadakı mövqelərini də bombalamağa hazırdır

Şəklin mənbəyi, Reuters
Prezident Barack Obama Suriyada İslam Dövlətinin (İD) mövqelərinə tərəddüdsüz hava zərbələri endiriləcəyini bəyan edib. O, Amerikanın təhlükəsizliyinə təhdid edən hər bir kəsin heç bir sığınacaq tapa bilməyəcəyinə söz verib.
"Biz ölkəni təhdid edən terrorçuları onların harda olmasına baxmayaraq izləyəcəyik. Bu o deməkdir ki, mən tərəddüdsüz İslam Dövlətinə qarşı İraqda olduğu kimi Suriyada da əməliyyata başlayacağam", Obama televiziya ilə Birləşmiş Ştatlar xalqına müraciətdə bəyan edib.
Eyni zamanda İD döyüşçülərinə qarşı koalisiya yaratmağa çalışan ABŞ Dövlət Katibi John Kerry Səudiyyə Ərəbistanında ərəb ölkələrin liderlərilə görüşü gözlənilir.
Digər ABŞ rəsmisindən gətirilən sitata görə, cənab Kerry Ciddə şəhərində ABŞ-ın hava zərbələrini həyata keçirmək üçün əzməkdaşlıq barədə müzakirələr aparacaq.
ABŞ prezidenti İraqda İD-nin ifratçıları ilə mübarizə üzrə öz planının əsas vəzifələrini bu təşkilatın nə əsl İslam, nə də dövlətlə heç bir ümumi əlaqəsinin olmadığını vurğulayaraq təqdim edib.
Amerikalı prezidentin məlumatına görə, ABŞ İraqın hökümət qüvvələri hücuma keçən kimi İD qruplaşmasının mövqelərini bombardman etməyə, mövqelərinə zərbələr yetirməyə davam edəcək.
"Amma mən istəyirəm ki, amerikalılar bu hərəkətlərin İraq və Əfqanıstandan nə ilə fərqləndiyini anlasınlar", 2001-ci il 11 sentyabr ABŞ-a hücumun ildönümü ərəfəsində amerikalılar qarşısında çıxış edən Obama bəyan edib. "Amerika hərbi qurğuları yad torpaqda mübarizə aparmayacaqlar".
Geniş koalisiya
Barack Obamanın sözlərinə görə, Birləşmiş Ştatlar cihadçıların mövqelərini maksimum zəiflətmək üçün təkcə hərbi yox, eyni zamanda diplomatik addımlar atacaq.
Bu Suriyada ekstremistlərə qarşı olan müxalif qrupların silahlandırılması, həmçinin bu təhdidə qarşı olan ölkələrin geniş alyansının yaradılması deməkdir.
475 amerikalı hərbi mütəxəssislər İraqa hökümət qüvvələrinə yardım üçün göndəriləcək, amma prezidentin dediyi kimi, onların özləri hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcək.

Şəklin mənbəyi, AP
Obama İD-ə qarşı əməliyyatları ABŞ-ın Yəmən və Somalidə bir neçə il davam edən əməliyaytlarla müqayisə edib.
Amerika prezidenti Suriya müxalifətinin mötədil qruplarının silahlandırılması və təlim proqramlarına Konqresin razılığını almağa çalışır.
O bəyan edib ki, öz planının ABŞ Konqresi tərəfindən dəstəyini alqışlayacaq, amma konqresmenlərin dəstəyi olmadan da hərəkət etmək səlahiyyətinin olduğunu vurğulayıb.




