Obama İD ilə mübarizə üçün "səlahiyyətə malik"dir

Şəklin mənbəyi, Getty
ABŞ prezidenti Konqresin dəstəyi olmadan Islam Dövlətinə qarşı əməliyyatların genişləndirilməsi üçün "kifayət qədər səlahiyyətlərə" malik olduğunu deyib.
Hərçənd ki, Barack Obama Suriyadakı müxalifət qüvvələrinin silahlandırılması planını Konrqresin təsdiqinə təqdim edəcək.
Konqres üzvlərilə görüşən ABŞ lideri İraqdakı cihadçıların mövqelərinə hava hücumlarının davam etdiriləcəyini deyib.
Çərşənbə günü axşam saatlarında 11 sentyabr terror aktının ildönümündən bir neçə saat əvvəl prezidentin telemüraciətində İD ilə mübarizə planının təqdim ediləcəyi gözlənilir.
Sosioloji sorğulara əsasən amerikanların üçdə ikisi İraqın şimalında geniş əraziləri zəbt edən İslam Dövltinə qarşı hərbi əməliyyatı dəstəkləyir.
Bu arada Səudiyyə Ərəbistanında İD cihadçılarına qarşı koalisiyanın yaradılması ilə bağlı planlar müzakirə olunmalıdır.
ABŞ dövlət katibi John Kerry 10 ərəb ölkəsi və Türkiyə nümayəndələrilə görüşmək üçün artıq Yaxın Şərqə yola düşüb.
