Ukrayna: Poroşenko Ali Radanı buraxır

Şəklin mənbəyi, EPA
Ukrayna prezidenti Petro Poroşenko Ali Radanın təcili buraxılması barədə qərar qəbul edib.
"Əziz vətəndaşlar" Mən Ali Radanın 7-cı çağırış hakimiyyətini buraxmaq qərarına gəlmişəm", Proşenkonun Tvitter hesabında paylaşılıb.
Prezidentin rəsmi saytında yazılmış bəyanatında deyilir ki, iyulda Batkivşina, UDAR və Svoboda deputat fraksiyalarının koalisiya bloku dağılıb və bir az ərzində yenidən qurulmayıb. Məhz bu, prezidentə belə qərar qəbul etməyə əsas verib.
Ukrayna liderinin sözlərinə görə, seçkilər lüstrasiya üçün ən yaxşı variantdır, buna görə də təmizliyi "ən yüksək hüquq orqanından başlamaq lazımdır".
Prezident bildirib ki, Radanın hazırki deputatları separatçıların "birbaşa sponsoru olmasa da, tərəfdaşıdır",
Deputatların yeni seçimi bu ilin oktyabrın 26-da keçiriləcək.
