İslam Dövləti Suriyada əsas hərbi hava bazasını ələ keçirib

Şəklin mənbəyi,

İslam Dövlətinin (İD) döyüşçüləri Suriyanın əsas dövlət hərbi hava bazalarını ələ keçirib, fəallar deyir.

Tabqa hava bazası Raqqa kəndində prezident Bəşər əl-Əsədin sonuncu istinadgahı idi.

Dövlət televiziyası hava bazasından hökümət qüvvələrinin "təxliyyə edildiyini" təsdiqləyib.

"Tabqa bazasının müdafiəsi üçün ağır döyüşlərdən sonra qüvvələrimiz bazadan çıxdıqdan sonra yenidən qruplaşma əməliyyatı keçirib", rəsmi açıqlamada qeyd edilib.

Döyuş günlərində hər iki tərəfdən yüzlərlə insanın öldüyü deyilir.

Ümumilikdə isə, üç illik Suriya münaqişəsi dövründə 191 mindən çox insan həyatını itirib, BMT-nin rəqəmlərində açıqlanır.

Əvvəllər İŞİD (İraq və Şam İslam Dövləti) kimi tanınan İD, ötən aylardan şimali İraqa və şərqi Suriyaya nəzarət edir.