#BBCAzeriTrending: Dünya Çempionatı finalı sosial mediada

Şəklin mənbəyi, AFP

Almaniya Dünya Çempionatının finalında Argentinaya qalib gəlsə də, ölkənin bundan əvvəlki matçı - Braziliyaya qarşı 7-1 qələbəsi Twitterdə daha çox müzakirə olunub.

Buna baxmayaraq, final sosial mediada böyük hadisə olub.

Twitter Data təhlilinə görə, Almaniya-Argentina matçı zamanı 32,1 milyon tweet göndərilib. Sosial media <link type="page"><caption> rekordlarını qıran</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/07/140709_trending_brazil_world_cup.shtml" platform="highweb"/></link> Almaniya-Braziliya matçında isə 35,6 milyon tweet yazılmışdı.

Almaniya millisi qələbə qazanan kimi bunu sosial media hesablarında qeyd edib. Komandanın Almaniya kansleri Angela Merkel ilə fotosu Facebook və Instagramda paylaşılandan sonra cəmi bir neçə saat ərzində ümumi "like"ların sayı 250 000-i keçib.

"BİZ BUNU ETDİK!!!!" Team Germany Twitterdə yazıb. "#2014WorldCup qalibləriyik! Möhtəşəm!!!!."

Twitter Data

Şəklin mənbəyi, Other

Şəklin alt yazısı, Twitter Data: Final zamanı ən çox hansı oyunçuların adları Twitterdə istifadə olunub?

Deutschland ist Weltmeister (Almaniya Dünya Çempionudur) son fitdən az sonra dünyada trendlər siyahısına düşüb.

Bazar günü ən böyük həştəqlərdən biri #WorldCupFinal (#DünyaÇempionatıFinalı) idi və 24 saat ərzində bir milyon dəfədən çox istifadə olunub.

Şəklin mənbəyi, Other

Oyunçular da reaksiyalarını sosial mediada bölüşüb. "Heç vaxt qoymuyun ki, kimsə sizə "bunu edə bilməzsən" desin. Arzularınıza inanın - burada, bu gün və bütün dünyada", Almaniyanın yarımmüdafiəçisi Mesut Özil Twitterdə yazıb.

O, həmçinin Almaniyaya azarkeşlik edən müğənni Rihannaya təşəkkürlərini bildirmək üçün tweet yazıb. Rihanna çempionat barədə Twitterdə çox fəal olub və finalın keçirildiyi Maracana stadionundan bir neçə foto paylaşıb.

Şəklin mənbəyi, Other

Oyun zamanı müzakirələr müxtəlif məsələlər ətrafında olub: Argentinanın hesaba alınmayan qoluna görə ofsayd qaydasından çox danışılıb, başından zərbə alan Almaniya oyunçusu Christoph Kramer isə meydandan çıxarılmalı olandan sonra isə kontuziya barədə müzakirələr bol olub.

İngiltərə millisinin ulduzu David Beckham həm Almaniyada, həm də Argentinada trendlərə düşüb. Səbəb odur ki, oğulları Maracana stadionuna Argentina köynəklərində gəlmişdilər. Azarkeşlər sevimli oyunçularının Argentinanı dəstəkləməsinə görə şad idilər - "Los Beckham" (Beckhamlar) ifadəsi Twitterdə 29 000-dən çox dəfə istifadə olunmuşdu.

Şəklin mənbəyi, Other

Sosial media istifadəçiləri həm Almaniyanın, həm də Argentinanın sağ qalan Roma Papaları olmasını unutmadılar. Son nəticə Allahın seçimi olacaq deyənlər, "Papa Papaya qarşı" şəkillərini paylaşanlar az olmayıb. Papaların dua etməsini göstərən gülməli şəkillər hələ də yayılır.

Şəklin mənbəyi, Other

Məyusluqlarına baxmayaraq sadiqliklərini və təşəkkürlərini bildirmək Argentina azarkeşlərinin yadından çıxmayıb. Oyun bitəndən sonra #HeroesArgentinos (#ArgentinanınQəhrəmanları) və #ArgentinaCampeonBrasil2014 (#ArgentinaBraziliya2014Çempionları) bütün dünyada trending siyahısına düşüb.

Şəklin mənbəyi, Other

Xəbəri #BBCTrending-dən Anne-Marie Tomchak hazırlayıb.