Əlcəzair məşqçisi Ramazan ayı ilə bağlı suallara qəzəblənib

Vahid Halilhodzic

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, "Bu, şəxsi məsələdir və bu barədə sual vermək hörmət və etikadan kənardır", Vahid Halilhodziç deyib.

Əlcəzair futbol millisinin məşqçisi Vahid Halilhodziç Dünya Çempionatında Almaniya ilə qarşılaşmadan qabaq hansı oyunçularının oruc tutacağı barədə məlumat verməkdən imtina edib.

"Bu, şəxsi məsələdir və bu barədə sual vermək hörmət və etikadan kənardır", bosniyalı məşqçi mətbuat konfransında deyib.

"Oyunçular istədiklərini edəcəklər və bu barədə mübahisələri dayandırmaq istəyirəm".

Səyahət və ya müharibəyə gedənlər Ramazan ayını təxirə sala bilərlər və bir çox idmançı bu səbəbdən orucu daha münasib vaxtda tutur.

Cənab Halilhodzic məsələ ilə bağlı sualları qəzəblə qarşılayıb. "Ramazan vaxtıdır və bəzi Əlcəzair qəzetlərində mənə, imicimə və şərəfimə dair tənqidlər ünvanlanıb.

"Vahidə, ailəmə qarşı nifrət oyatmaq istəyirlər və bu doğrudan da iyrəncdir".

Mesut Özil

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Almaniya yarımmüdafiəçisi Mesut Özil Dünya Çempionatı zamanı oruc tutmayacağını deyib

"İlk dəfə deyil ki, komandamda müsəlman oyunçular var. Özüm də müsəlmanam və həmişə onlara azadlıq vermişəm. Bu, şəxsi məsələdir - şəxsi ifadə azadlığı ilə bağlıdır", deyib baş məşqçi.

"Ramazanla bağlı sualları dayandırın, yoxsa durub gedəcəyəm".

Əlcəzair yığmasının kapitanı Majid Bougherra işarə edib ki, "müqəddəs aya" riayət edəcək, amma Almaniyanın məhşur yarımmüdafiəçisi Mesur Özil və fransalı müdafiəçi Baracy Sagna oruc tutmayacaqlarını bildiriblər.

Almaniya ilə Əlcəzair arasında 1/8 final oyunu çərşənbə axşamı günü Azərbaycan vaxtı ilə 01:00-da başlayır.