İsrail Golanda ölümdən sonra Suriyaya zərbələr endirib

Şəklin mənbəyi, AP

İsrail hərbiçiləri Suriya ilə sərhəddə yeniyetmənin öldürülməsinə cavab olaraq Suriya ərazisinə aviazərbələr endirdiklərini bəyan edib.

Bazar günü İsrail tərəfindən işğal olunmuş Golan yüksəklikləri Suriya ərazisindən atışma nəticəsindən israil yükdaşıyan maşını zərbə altında qalıb; maşında gedən 15 yaşlı yeniyetmə öldürülüb, onun atası və daha bir nəfər yaralanıb.

İsrail höküməti Golanda baş verən gəncin ölümünü Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsinin başlamasından ən ciddi insident adlandırıb.

Həyatını itirən İsrailli ərəb olub.

“Bizim düşmənlər yahudilər və qeyri-yahudilər, böyük və uşaq arasında fərq qoymur”, İsrailin baş naziri Benjamin Netanyahu bəyan edib.

Cavabında İsrail bazar ertəsinə keçən gecə sırasında Suriya hərbi qüvvələrinin qərargahı da daxil olmaqla doqquz Suriya obyektinə aviazərbə endirib. İsrail hərbiçilərinin məlumatına görə, zərbələr içərisində “birbaşa düşənləri” olub.

İsrail ordusunun mətbuat xidmətinin təmsilçisi polkovnik Peter Lerner bazar günü güllələnməsini “İsrailə qarşı aqresiyanın tərxibatsız aktı” adlandırıb.

Lerner Assosiated Press Agentliyinə deyib ki, hücum “aşkar qəsd xarakteri daşıyıb”, əlavə edib ki, artilleriya hücumu yoxsa bombardmandan söhbət getdiyi hələ aydın deyil.