Avropa Rusiya qaz təchizatından asılılığına necə son qoya bilər?

qaz

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Fevral ayında Ukraynaya satılan Rusiya qazının qiyməti təqribən 80 faiz artırılıb.
    • Müəllif, David Shukman
    • Vəzifə, Elmi məsələlər üzrə BBC müxbiri

Ukraynada böhranın hər gərginləşdiyi anda Avropa enerji təminatçıları barədə daha çox narahatlıq keçirir.

Avropaya qazın üçdə bir hissəsi Rusiyadan, yarısı isə Ukrayna vasitəsilə gəlir. Vəziyyət doğrudan da gərgindir.

Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən dördü birbaşa Rusiyadan asılıdır, digər 12-sinin qaz ehtiyacının yarıdan çoxunun da təminatçısı Rusiyadır.

Bu, rəsmi açıqlamalar verilməsə də, son günlər enerji nəqliyyatçıları, idarəçiləri və rəsmiləri ciddi narahat edən mövzudur.

Rusiyaya qarşı daha ciddi sanksiyalar verilərsə, prezident Putin qaz "kran"larını bağlamaqla cavab verə bilərmi? Yoxsa, bu, Rusiyaya baha başa gələr?

Ukrayna ədalətsiz şəkildə yüksəldilmiş hesab etdiyi qaz borclarını ödəməkdə tənəzzül etməyə davam etsə, Rusiya onu qazsız qoya bilərmi?

xəritə - şərqi avropa qaz nəqlləri

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şərqi Avropada qaz kəmərləri şəbəkəsi.

Münaqişə silahlara əl atmağa qədər dərinləşərsə, qaz kəmərləri təhlükəsizlik üçün dayandırılmalıdırmı? Çünki, Ukrayna hər şeydən öncə, dünyanın ən böyük qaz tranzit ölkəsidir.

Bunlar Rusiya və Qərb gücləri arasında beyinləri məşğul edən və bir-birindən ağlabatan ssenarilərdəndir.

Lakin belə fikirlər də var ki, tərəflər bütün qorxuları yox edən energetikanı təhlükəyə atmaq kimi həyati hesab edilən məsələlərə qoşulmağa can atmır.

Çünki qaz Rusiya üçün də ən dəyərli ixracatdır və Qərb münaqişənin "Soyuq Müharibə" illərinin ən çətin dövrlərində də Rusiyadan qaz idxal edib.

Beləliklə, qərb ölkələri niyə dərhal Rusiyadan qaz idxalına son qoymur?

Qısa cavab odur ki, onlar buna çalışır və bunu Böyük Yeddiliyin bu həftəsonu enerji barədə görüşündə müzakirə edəcəklər.

Ukrayna üçün ən tez variant qazı Rusiyadan almaq yerinə, Qərb ixracatçılarından almaqdır. Bəzi kəmərlər hətta yeni formada - "geriyə axın" üçün qurulub.

Məsələn, Almaniyanın RWE şirkəti Ukraynaya satdığı qazı Polşa və Macarıstan kaz kəmərlərilə çatdırır. Lakin bu həcmlər Ukraynanın ehtiyaclarını heç vaxt qarşılaya bilməz.

Yeni mənbələr

Bir çox ölkə ümidlərini maye qazı ilə bağlayır. 2010-cu ildə qiymətlərin bir neçə dəfə qalxmasından sonra sırf Rusiya qazından asılı olan Litva Baltik dənizinin sahilindəki Klaypeda şəhərində dünya bazarlarından yanacaq qəbul etməyə imkan verəcək maye qaz terminalını tikib başa vurmağa tələsir.

Maye yanacağı qaz şəklinə gətirəcək avadanlıq Cənubi Koreyada istehsal olunub və noyabr ayınadək gəmilə Litvaya çatdırılmalıdır.

İlin sonunadək obyekti istismara vermək üçün Klaypeda terminalında işçilərin sayı 3 qat artırılıb və işlər 24 saat ərzində davam edir. Litva prezidenti layihəni milli prioritet hesab edir.

Maye qazına Polşa, Estoniya və Ukrayna maraq göstərir.

Lakin maye qazı qlobal bazarda alınıb satılır və onun Trinidad və Qətər kimi ölkələrdən gətirilməsi baha başa gələ bilər.

2011-ci ildə Fukushima atom Elektrik Stansiyasındakı qəzadan sonra Yaponiyanın enerjiyə tələbatının artması beynəlxalq bazarda bahalaşmaya səbəb olub.

Beləliklə Rusiya qazından maye qazına keçid təhlükəsizlik baxımından rahatlıq gətirsə də maliyyə cəhətdən daha baha başa gələ bilər.

Bir çoxları ABŞ-da hasil olunan süxur qazının mayeləşdirilmiş şəkildə beynəlxalq bazara çıxacağını gözləyirlər. Lakin bu yalnız gələn il, Luizinada ilk ixrac terminalının açılışından sonra baş verə bilər.

Beləliklə Avropa liderlərinin çağırışlarına rəğmən, ABŞ qazı hələki bir müddət ərzində Avropa bazarlarına çatdırılmayacaq.

Uzunmüddətli çözümlərdən biri də daxili qaz təchizatının inkişafı ola bilər. Norveç, Britaniya və Hollandiya belə bir cəhd göstərə bilərlər. Lakin bu addım nəticəsində təchizatın əhəmiyyətli şəkildə artması inandırıcı görünmür.

Başqa bir plan ABŞ təcrübəsinə uyğun olaraq süxur qazının istehsalını nəzərdə tutur.

Lakin ekologiya ilə bağlı narahatlıqlar üzündən bir neçə ölkə bu hasilat texnologiyası əleyhinə çıxış edib. Odur ki, bi istiqamətdə irəliləyiş ləng gedir. Beləliklə hər bir çozüm ya nöqsan ya yubanmalar və yaxud da əlavə məsrəflərlə bağlıdır.

Bu arada Ukraynadakı vəziyyət çətinləşdikcə enerjinin sanksiya hədəfinə və yaxud da sanksiyalara qısas cavabına çevrilməsi şansı da artmaqdadır.