İnkişaf etməkdə olan ölkələrdə piylənmə dörd dəfə artıb

İnkişaf etməkdə olan ölkələrdə artıq çəkisi olan və ya piylənmiş adamların sayı 1980-ci ildən bəri dörd dəfə artıb, Britaniya tədqiqat mərkəzinin hesabatında deyilir.
Overseas Development Institute ("Xarici İnkişaf İnstitutu") deyir ki, dünya üzrə insanların üçdə birinin artıq çəkisi var və hökümətləri bu barədə daha fəal olmağa çağırıb.
Birləşmiş Krallıqda yetkinlərin 64 faizi artıq çəkili və ya piylənmiş sayılır.
Hesabatda ürəktutma, insult və diabetdən əziyyət çəkənlərin sayında "yüksək artım" proqnoz olunur.
1980-ci ildən 2008-ci ilə qədər artıq çəkisi olan və ya piylənmiş yetkinlərin sayı dünyada 23 faizdən 34 faizə qalxıb. Bu o deməkdir ki, onların <link type="page"><caption> bədən çəkisi indeksi</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/12/121214_fat_index.shtml" platform="highweb"/></link> 25-dən çoxdur.
Bu artım ən çox inkişaf etməkdə olan, xüsusilə də gəlirlərin artdığı ölkələrdə, məsələn Misir və ya Meksikada müşahidə olunub.
ODI-ın "Gələcək Pəhriz" hesabatına əsasən bu, dəyişən qidalanmaya görədir: əvvəllər adamlar daha çox taxıllar və dənli bitkilərlə qidalanırdı, indi isə daha çox piy, şəkər, yağ və heyvan məhsulları yeyilir.
İnkişaf edən ölkələrdə 904 milyon adam artıq çəkili hesab olunur, 1980-ci ildə isə bu rəqəm 250 milyon idi.
Eyni zamanda inkişaf edən ölkələrdə yüz milyonlarla adam, xüsusilə uşaqlar üçün kifayət etməyən qidalanma problem olaraq qalır.






