ABŞ hərbiyyəsi Afrikada islamçılara qarşı reydlər keçirib

Afrikada ötən şənbə günü ABŞ xüsusi təyinatlıları tərəfindən yüksəkrütbəli islamçı yaraqlılara qarşı ayrı-ayrılıqda iki reyd keçirlib.
Liviya paytaxtı Triplolidə Amerika xüsusi təyinatlıları əl-Qaidə lideri Anas əl-Liby-ni həbs ediblər.
49 yaşlı Anas al-Liby 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinə qarşı bomba hücumlarının həyata keçirilməsində iştirak etməkdə şübhəli sayılır.
Anas əl-Liby-nin yaxınlarının sözlərinə görə, o, Liviya paytaxtında şənbə günü səhər tezdən tutulub.
ABŞ rəsmiləri əməliyyatın keçiriləcəyi barədə Liviya rəsmilərini xəbərdar etdiklərini bildirsələrdə, rəsmi Tripoli baş vermiş hadisəni Liviya vətəndaşının oğurlanması kimi qiymətləndirərək ABŞ-dan izahat tələb edib.
Somali cənubunda isə Əş-Şabab qrupu liderinə qarşı reyd isə ABŞ hərbiyyəsi üçün uğursuz olub.
ABŞ rəsmiləri əş-Şabab liderinə qarşı əməliyyatın keçirilməsini onun onun ötən ay Keniya paytaxtı Nayrobidə 67 nəfərin ölümünə səbəb olmuş Westgate ticarət mərkəzinə hücumda əli olmasında şübhəli sayılması ilə əsaslandırıblar.
Somalidə şənbə günü ABŞ xüsusi təyinatlıları dənizdən Barawe məntəqəsinə hücuma keçərkən əş-Şəbab yaraqlıların cavab atəşilə qarşılaşıblar.
ABŞ rəsmiləri əməliyyatdan sonra xüsusi təyinatlıların hədəfə alınan şəxsi ələ keçirə bilmədiklərini etiraf ediblər.
Bu arada ABŞ Dövlət Katibi John Kerry ölkəsinin xüsusi təyinatlılarının şənbə günü Afrikada keçirdikləri reydləri dünyadakı bütün terrorçulara “xəbərdarlıq” olduğunu vurğulayıb.




