Misir: məhkəmə Hüsni Mübarəki azad edib

Misir məhkəməsi ölkənin devrilmiş prezidenti Hüsni Mübarəkin azad edilməsini tələb edib. O, korrupsiya ittihamlarına görə həbsdədir.
Amma cənab Mübarəkin çərşənbə günü azad olunub-olunmayacağı hələ ki, aydın deyil çünki prokurorluq apellyasiya şikayəti verə bilər.
85 yaşlı Mübarək həmçinin 2011-ci ilin "Ərəb Baharı" nümayişlərində etirazlarçıların ölümündə roluna görə təqsirləndiib. Bu məhkəmə işi yenidən baxılmaqdadır.
Keçən il o, ölümlük həbs cəzası alsa da, apellyasiya şikayəti təmin olunandan sonra məhkəmənin yenidən keçirilməsi tələb edilib.
Eyni zamanda, Avropa İttifaqı xarici işlər nazirləri Misirə bir neçə milyard avro həcmində yardımı kəsib-kəsməmək qərarını müzakirə edir.
Aİ hazırki hərbi-müvəqqəti hökümətin ötən ay islamçı Məhəmməd Morsiyə tərəfdar etirazçıları zorakılıqla dağıtmasını pisləyib.
Bu arada cənab Morsi tərəfdarlarının Misir Koptik Kilsəsinin saytına haker hücumu etməsi barədə xəbərlər yayılıb.
“Misiri Allahın istəyi ilə islamçılardan başqa heç kim idarə etməyəcək. Xristianlar, əl-Sisi dəstəkçiləri və kafirlər cəhənnəmə getsin”, saytın ana səhifəsinə bu sözlər yerləşdirilib.
Müxbirlər deyir ki, Kilsə prezident Morsinin devrilməsini dəstəklədiyi üçün son hadisələrin mərkəzində olub.
85 yaşlı Mübarək ötən ilin iyununda 2011-ci ildə aksiyaçıların ölüdürülməsində günahkar bilinib və ömürlük həbsdədir.
Lakin bu ilin yanvarında apellyasiya məhkəməsi işə yenidən baxmaq qərarı alıb.
Gecikmə gözlənilir
Yeni məhkəmə mayda başlayıb, lakin o, bu vaxta kimi uzun istintaq müddətini həbsdə keçirib.
Mübarəkin vəkili Fareed əl-Dib deyir ki, o, məhkəmənin müştərisi barədə əsas korrupsiya ittihamını rədd etməsindən sonra azad ediləcəyini ğözləyirdi.
Lakin prokuror bir neçə gün ərzində məhbusun azad edilməsini gecikdirib.
Məhkəmə prosesi keçmiş prezidentin rəsmi əl-Ahram nəşriyyatçısından hədiyyə alması barədədir.
Müxbirlər deyir ki, məhbusun ailəsi həmin hədiyyəni geri qaytarıb.
Cənab Dib Reuters TV-yə deyib: "mən onu müdafiə edirəm və əgər Allah istərsə... onun müvəqqəti həbsdə saxlanılması üçün heç bir səbəb qalmayacaq".
Təhlilçilər deyir ki, Mübarəkin sərbəst buraxılması ölkəni 2011-ci ildən öncəki hərbi hökümətə gətirə bilər.
Hazırda Misirdə fövqəladə vəziyyət elan edilib.
Ötən həftə müvəqqəti hökümət prezident Morsi tərəfdarlarının iki düşərgəsini təmizləyib, bununla hadisələr böhran vəziyyətinə çatıb.
Beynəlxalq icmadan tənqid alan proseslər, hazırda Aİ ölkələrini Brüsseldə Misirə maddi yardımı müzakirə etməyə sövq edib.
AB bildirib ki, Misirə təxminən beş milyon avro həcmində yardım müzakirə ediləcək.
Ötən həftə ABŞ hadisələrdən dolayı Misirlə birgə hərbi təlimləri saxlayıb və ölkəyə olan 1.3 milyard dollarlıq köməyi kəsib.




