Olimpiya yarışlarında qeyri-qanuni bilet satışı

Şəklin mənbəyi, Getty
BBC Yay Olimpiya Oyunlarına yüzlərlə biletin buna icazəsi olmayan böyük agentlik tərəfindən satıldığını müəyyən edib.
Satışda olan biletlərin çoxu daha əvvəl Milli Olimpiya komitələri arasında bölüşdürülüb.
Oyunların qaydalarına görə satılmayan biletlər təşkilatçılara qaytarılmalıdır.
Lakin onların dəlallara ötürüldüyü məlum olub.
BBC jurnalistlərinin əldə etdiyi biletlər üzərində Milli Olimpiya Komitələrinin nişanələri mövcuddur.
Bu biletlərin rəsmi qurum yoxsa fərdlərdən alındığı qeyri-müəyyən qalır.
Biletlərin qaydalara zidd satılması bəzi yarışlarda tamaşaçıların sayının az olmasının səbəbi ola bilər.
Ikinci əldən satılan biletlərin qiyməti 30-300 dollar arası olub.
Ötən ayın sonunda Britaniyanın Sky News televiziyası Azərbaycan bayrağı gəzdirən şəxsin "Azərbaycan Olimpiya Komitəsi" sözləri yazılmış <link type="page"><caption> biletlərin satdığını aşkara çıxarıb</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2012/07/120731_sky_olympics_video.shtml" platform="highweb"/></link>.
Azərbaycan rəsmisi bilet satan şəxsin azərbaycanlı olmadığını deyib.
Olimpiya Oyunlarının təşkilatçıları bilet satışları ilə bağlı qaydaların pozulduğuna dəlalət edən faktların aşkar olunması təqdirində araşdırmanın keçiriləcəyini bildiriblər.




