ABŞ: kinoteatrdakı atışma ilə bağlı matəm tədbirləri

Şəklin mənbəyi, AP
Amerikada Batman filminin premyerası vaxtı baş verən atışmada həlak olan 12 adamın xatirəsi yad olunur.
Kolorado ştatındakı kinoteatra baş çəkənlər hadisə yerinə gül və əklillər gətirirlər.
Matəm günü ölkə boyu milli bayraqlar endirilib.
ABŞ prezidenti Barak Obama olayla bağlı seçkiqabağı kampaniyası ilə nəzərdə tutulan tədbirləri təxirə salaraq Ağ Evə qayıdıb.
Ötən gün yerli vaxtla gecəyarıdan sonra başlayan “The Dark Knight Rises” filmin premyerası vaxtı kinoteatra daxil olan əlehqaz taxmış adam zala gözyaşardıcı qazlı qumbara attıqdan sonra tamaşaçıları gülləbarana tutub.
Atışmada 12 nəfər ölüb, 60-dək adam xəsarət alıb.
Polis olayla bağlı 24 yaşlı James Holmes-un həbs olunduğunu təsdiqləyib.
Kolorado ştatının qubernatoru 30 adamın xəstəxanada qaldığını bildirib.
Onlardan 11-nəfərin vəziyyəti kritik kimi dəyərləndirilir.




