Tayvan: it nəcislərini təmizləyənlərə qızıl külçə

Şəklin mənbəyi, dog
Küçələrin təmiz saxlanılmasına çalışan Nyu Taypey Siti şəhəri it nəcislərini təmizləyənlərə lotereya biletləri təklif edir.
Bələdiyyə rəsmilərinin sözlərinə istinadən ilin əvvəlindən bu yana 14.500 nəcis torbası təhvil verən 4 min adam hər bir torbaya görə 2 lotereya bileti verilib ki, onunla təmiz qızıl külçəsi udmaq olar.
Artıq ilk mükafatı qazanan da olub.
2,200 dollarlıq külçəni 50 yaşlı qadının udduğu xəbər verilir.
Oktyabr ayında sona çatmalı yeni təşəbbüs uğurlu olduğu üçün bir müddət uzadılıb.
BBC-nin Taypeydəki müxbiri bildirir ki, yeni sxem nəticəsində şəhər küçələrində itlərin yaratdığı səliqəsizliyi iki qat azaltmaq mümkün olub.
Sağlamlılığa zərər vura biləcək it nəcislərindəki bakteriyalar mədə-bağırsaq və xüsusən uşaqlar üçün təhlükəli toxocariasis infeksiyasının mənbəyi hesab olunur.
Avqustda başlayan sxemin uğurlu keçməsi nəticəsində oynanılan mükafatların sayı artırılıb.
Küçələri yığşıranların mükafata şirnikən it sahibləri yoxsa könüllülər olduğunu demək çətindir.
İndiyədək lotereyanı 85 adam udub.
Proqramın sona çatması ardınca it sahiblərində təmizləmə vərdişinin aşılandığına ümid edən rəsmilər nəcisləri qızıla dəyişməyin davam etdirilməsi imkanına malik olmadığını deyillər.



