Ermənistanda Türkiyə ilə yaxınlaşmağa necə baxırlar?

Video açılmırsa YouTube-dan izləyin.

İndiki Ermənistan dövləti 1991-ci ildə - SSRİ dağılanda yaranıb, Türkiyə bu ölkəni ilk tanıyan dövlətlərdən olub.

Birinci Qarabağ müharibəsindən sonra - 1993-cü ildə Ankara Ermənistanla sərhədləri bağlayıb, birbaşa ticarəti dayandırıb.

2008-ci ildə İsveçrənin vasitəçilik etdiyi normallaşma səylərində xeyli irəliləyiş əldə edilsə də, proses nəticəsiz qalıb.

Budəfəki prosesdə biri avtomobil yolu, digəri dəmir yolu olmaqla, iki sərhəd qapısının açılıb-açılmayacağı maraq doğurur.

Sərhəddə yerləşən, Yerevandan sonra Ermənistanın ən önəmli şəhəri olan Gümrüyə gedirik. 1920-ci ildə Türkiyə-Ermənistan müharibəsinə son qoymuş Gümrü müqaviləsi burada imzalanıb.

Şəhər Qarsın Akyaka rayonunun tam qarşısında yerləşir.

Gümrüylə Türkiyə arasında hazırda bağlı olan Akyaka Dəmiryolu Sərhəd Qapısı var.

Sərhədlər açılsa, bu yeniliyin ilk təsir etdiyi yerlərdən biri Gümrü olacaq.

Yerevan sakini 1915-ci il hadisələri və Türkiyə ilə münasibətlərdən danışır