Almaniyadan Rusiyaya: Şimal axını-2 boru xəttinin təsdiqini dayandırırıq

Şimal axını 2 borusunun yanından keçən şəxs. Arxiv şəkli

Şəklin mənbəyi, Reuters

Şimal Axını-2 qaz kəmərinin yekun təsdiqi Rusiyanın Ukraynaya dair hərəkətləri səbəbilə dayandırılıb, Almaniya bildirib.

Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin tanınmamış Donetsk və Luhansk respublikalarını tanındığını elan edib.

Qərb ölkələri bu addımı Minsk razılaşmalarının və Ukraynanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

Kansler Olaf Scholz deyib ki, kəmərin sertifikatlaşdırılması prosesi "növbəti bildirişədək" dayandırılıb.

"Bu sertifikatlaşdırma olmadan Şimal Axını-2 işə salına bilməz", - Scholz vurğulayıb.

Almaniya hakimiyyəti xəbərdarlıq edib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcəyi təqdirdə, Şimal Axını-2 layihəsi də həmin sanksiyaların təsirinə məruz qalacaq.

Rusiya və Almaniya arasındakı bu qaz kəməri keçən ilin sentyabr ayından hazırdır, amma fəaliyyət göstərmir.

Həftələrdir Ukrayna sərhədlərində on minlərlə rus əsgərinin toplanması gərginliyi və işğal qorxusunu artırıb. Bu müddətdə Rusiya hücum planlaşdırdığını inkar edib.

Həmin vaxt ABŞ da Rusiya qazını Qərbi Avropaya göndərəcək əsas boru kəmərinin açılışını dayandırmaqla hədələyib.

"Mən açıq demək istəyirəm: Rusiya bu və ya digər şəkildə Ukraynanı işğal edərsə, "Şimal axını-2" irəliləməyəcək," - ABŞ dövlət departamentinin sözçüsü Ned Price NPR-a deyib.

Lakin o, layihənin necə dayandırılacağına dair "detallara girmək niyyətində olmadığını" bildirib. ABŞ-ın bu layihəni ləğv etmək səlahiyyətinin olub-olmaması ilə bağlı suallar cavabsız qalır.

"Biz layihənin davam etməməsini təmin etmək üçün Almaniya ilə işləyəcəyik," - cənab Price deyib.

Almaniya xarici işlər naziri Annalena Baerbok parlamentə deyib ki, Qərb müttəfiqləri "Şimal axını-2"-ni də əhatə edən "güclü sanksiyalar paketi üzərində işləyirlər".

Lakin o, əlavə edib ki, Moskva ilə "dialoqu davam etdirməyə" üstünlük verir.

Onun şərhləri Almaniyanın ABŞ-dakı səfiri Emily Haber-in "Rusiya Ukraynanın suverenliyini" pozarsa, "Şimal axını-2 də daxil olmaqla, heç nə masadan kənarda qalmayacaq" twitindən sonra gəlib.

"Şimal axını-2" layihəsi nədir?

1,225 kilometrlik boru kəmərinin tikintisi beş il çəkib və 11 milyard dollara başa gəlib. Baltik dənizinin dibi ilə həyata keçiriləcək enerji layihəsi Rusiyanın Almaniyaya qaz ixracını iki dəfə artırmaq üçün nəzərdə tutulub.Ancaq layihə hələ ki, fəaliyyətə başlamayıb, tənzimləyicilərin noyabrda dediyi kimi, layihə Almaniya qanunlarına uyğun gəlmir və təsdiqi dayandırılıb.Keçmiş kansler Gerhard Schröder tərəfindən idarə olunan "Şimal axını-2" layihəsinə iri Avropa şirkətləri böyük sərmayə qoyublar. Ancaq bir çox qruplar bu plana etiraz edir.Ekoloqlar bunun Almaniyanın tullantıları azaltmaq və texnogen iqlim dəyişikliyi ilə mübarizə səyləri ilə necə uyğunlaşacağını sorğulayır, eyni zamanda, daxildə və xaricdəki siyasətçilər bunun Avropanın Rusiya enerjisindən asılılığını artıra biləcəyindən qorxurlar. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl boru kəmərini "təhlükəli geosiyasi silah" adlandırıb.

line

Diplomatik tonda əhəmiyyətli dəyişiklik

Damien McGuinness-in təhlili, BBC News, Berlin

İllərdir Almaniya hökumətinin "Şimal axını-2" ilə bağlı rəsmi xətti bu kəmərin siyasi olmayan, özəl biznes layihəsi olmasından ibarətdir. Amerikanın kütləvi təzyiqlərinə, o cümlədən layihədə iştirak edən Avropa şirkətlərinə qarşı sanksiya hədələrinə baxmayaraq, Berlin geri çəkilməkdən imtina edirdi. Bəziləri Washington-u Almaniyanın müstəqil enerji siyasətinə qarışmaqda ittiham edirdi. Vəziyyət keçən həftə Almaniya kansleri Olaf Scholz Rusiyanın təcavüzünə cavab vermək üçün "Şimal axını-2"-dən istifadə edilib-edilməyəcəyini soruşduqda dəyişdi. "Ukraynaya qarşı hərbi müdaxilə olarsa, hər şey müzakirə oluna bilər", o deyib. Bu, qəribə səslənməyə bilər, lakin layihənin ləğvinin böyük xərcini nəzərə alsaq, buna böyük təhlükə kimi baxmaq olar.Bu boru kəməri layihəsi Almaniyada mübahisəlidir. Xüsusilə Yaşıllar Partiyası qismən ekoloji səbəblərə görə həmişə buna qarşı çıxıb. Lakin kanslerin sol mərkəzçi SPD partiyası ənənəvi olaraq boru kəmərinin Almaniyanın enerji təchizatı üçün çox vacib olduğuna inanaraq onu dəstəkləyir.Ukrayna sərhədində Rusiya ordusunun toplanması Amerikanın illərdir etdiyi təzyiqinin indiyə qədər bacara bilmədiyi nəticəyə nail oldu: Almaniyanı "Şimal axını-2" layihəsinə yenidən baxmağa vadar etdi.

line
A Ukrainian anti-missile system in action

Şəklin mənbəyi, Reuters

ABŞ Rusiyanın Ukraynaya qadağa tələbini rədd edib

ABŞ Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoyulması tələbini rədd edib.

ABŞ-ın bu tələbi rədd etməsi Rusiyanın Ukraynanı işğal edə biləcəyi ilə narahatlıqları fonunda baş verir.

Dövlət katibi Antony Blinken deyib ki, onlar Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı tələbini rədd ediblər, amna Rusiyaya göndərilən məktubda yaranmış böhranın həlli yollaırnı da göstəriblər,

Rusiya NATO-nun hərbi ittifaqının genişləndirilməsi və bununla bağlı təhlükəsizlik məsələləri ilə bağlı tələblərinin yazılı siyahısını açıqlamışdı.Siyahıya NATO-nun Ukrayna və digərlərinin alyansa qoşulma ehtimalını istisna etməsi tələbi də salınıb.

ABŞ-ın Rusiyaya cavab sənədi ictimaiyyətə açıqlanmayacaq.

Blinkenin sözlərinə görə, Moskvaya təhvil verilən məktub rəsmi danışıqlar sənədi və konkret təkliflər deyil, ancaq Rusiya buna əməl etmək istəsə, yaranmış böhranın həlli yolunu göstərir.

Rusiyalı bir nazir deyib ki, ölkəsi NATO ilə koordinasiyalı şəkildə cənab Blinkenin məktubunu təhlil edəcəklər.

Bir müddətdir ki, Rusiya Ukrayna sərhədində çoxlu sayda qoşun toplayır - Qərb ölkələri bunu mümkün işğala hazırlıq kimi görür, Rusiya isə inkar edir.

Antony Blinken deyib ki, ABŞ-ın cavabı Ukraynanın suverenliyi və NATO kimi təhlükəsizlik alyanslarının bir hissəsi olmaq hüququ da daxil olmaqla, onun "əsas prinsiplərini" aydın şəkildə göstərib.

"Söhbət diplomatiyaya gəldikdə bizim məqsədimizin ciddiliyinə şübhə olmamalıdır və biz Ukraynanın müdafiəsini gücləndirmək və Rusiyanın gələcək təcavüzünə birgə sürətli cavab hazırlamaq üçün eyni diqqət və güclə hərəkət edirik," - ABŞ rəsmisi vurğulayıb.

Blinkenin dediyi kimi, sənəddə ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının Rusiyanın təhlükəsizliyinə xələl gətirən hərəkətləri ilə bağlı narahatlıqlarının siyahısı, Rusiyanın ifadə etdiyi narahatlıqların "prinsipial və praqmatik" qiymətləndirilməsi, habelə ABŞ-ın əks təklifləri var. Washingtonda hər iki tərəfin həmin təkliflərlə bağlı ortaq məxrəcə gələ biləcəyinə inanırlar.

"İndi Rusiyanın necə cavab verəcəyinə qərar verməsi qalır, - deyə o əlavə edib, - hər bir halda hazırıq".

Dövlət katibi bildirib ki, ABŞ bu həftə üç hərbi yardım göndərib, - o cümlədən "Javelin raketləri, zireh əleyhinə silahlar, yüzlərlə ton sursat və avadanlıq".

Cənab Blinken, həmçinin ABŞ və onun avropalı müttəfiqləri arasında hər hansı fikir ayrılığını inkar edib. O, həmçinin bildirib ki, NATO onların təkliflərini "tam şəkildə gücləndirən" təkliflər toplusunu hazırlayıb."Konfidensial danışıqlar üçün yer ayırsaq, diplomatiyanın uğur qazanmaq üçün ən yaxşı şansı var," - deyə ABŞ dövlət katibi bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın sənədi də Moskvaya çatdırılıb və o, Rusiyanın narahatlıqlarını dinləməyə hazır olsa da, bütün dövlətlərin öz təhlükəsizlik tədbirlərini seçmək hüququ var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə çərşənbə günü NATO-nun Rusiya sərhədləri yaxınlığında mövcudluğunu gücləndirməsi ilə bağlı suala cavabında Stoltenberqin "reallıqla əlaqəni itirdiyini" deyib.

Bu arada, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel deyib ki, "Ukraynaya qarşı təhlükə Avropaya qarşı təhlükədir," - Reuters yazır.

"Bizim ümid etdiyimiz deeskalasiyanı diplomatik yolla dəstəkləmək öhdəliyimizin səbəbi budur. Düşünürük ki, bütün səylər müxtəlif diplomatik yollarla göstərilməlidir," - cənab Michel vurğulayıb.

ABŞ Prezidenti Joe Biden Putinin şəxsi sanksiyalarla üzləşə biləcəyini deyib

Şəklin mənbəyi, Reuters

ABŞ Prezidenti Putinə qarşı şəxsi sanksiyaları nəzərdən keçirəcəyini bildirib

ABŞ Prezidenti Joe Biden ötən həftə Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Vladimir Putinə qarşı şəxsi sanksiyaları nəzərdən keçirəcəyini bildirmişdi.

Bir müddətdir ki, Rusiya Ukrayna ilə sərhədə yaxın ərazilərə 100 mindən çox hərbi qüvvə yığıb və onun bu ölkəyə hücum edəcəyi təəssüratını yaradıb. Amma rəsmi Moskva Ukraynaya qarşı hər hansı hərbi əməliyyat planlaşdırmadığını deyir.

Cənab Biden Rusiyanın cənub-qərb sərhədində yerləşən xalqa qarşı bir addım atacağı təqdirdə dünya üçün "böyük nəticələr" olacağını söyləyib.

ABŞ Prezidenti bu fikirləri digər Qərb liderlərinin Rusiyanın işğala görə ağır nəticələrlə üzləşəcəyinə dair təkrar xəbərdarlıqlarının ardınca söyləyib.

Rusiya ABŞ və digərlərini məsələ ilə bağlı "gərginliyi artırmaqda" ittiham edib və Ukraynaya daxil olmaq planlarını rədd edib.

Jurnalistlərin suallarını cavablandıran cənab Biden işğal olarsa, şəxsən Rusiya Prezidentinə qarşı sanksiyalar tətbiqinin mümkünlüyü barədə suala "bəli" cavabını verib.

O, Ukraynaya müdaxiləni "İkinci Dünya Müharibəsindən bəri ən böyük işğala" bərabər ola biləcəyini və bunun "dünya üçün ağır nəticələr" yaradacağını söyləyib.

Cənab Biden əlavə edib ki, o, NATO-nun Şərqi Avropada mövcudluğunu gücləndirmək məcburiyyətində qalacaq.

"Biz açıq şəkildə bildirməliyik ki, heç kimin, NATO-nun hər hansı üzvünün NATO-nun onların müdafiəsinə gəlib-gəlməyəcəyindən narahat olması üçün heç bir səbəb yoxdur," - Joe Biden deyib.

Lakin o, təkrar edib ki, ABŞ qoşunlarını birbaşa Ukraynaya göndərmək planları yoxdur.

Rusiya bu sözlərə qəzəblə cavab verib, ABŞ və NATO-nu Ukraynanı silah və Qərbdən olan hərbi təlimçilərlə "doldurmaqda" günahlandırıb.

Moskvanın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatında deyilir: "Amerika donanmasının Rusiya sahilləri yaxınlığında nə etdiyi ilə bağlı heç bir izahat yoxdur".

ABŞ ordusu

Şəklin mənbəyi, AFP/Getty Images

Rusiya-Ukrayna gərginliyi: ABŞ 8 mindən çox hərbçisini hazır vəziyyətə gətirib

Ukraynada gərginliyin artdığı bir vaxtda ABŞ 8500-ə yaxın canlı qüvvəsini regiona səfərbər etmək üçün hazır vəziyyətə gətirib.

Rusiya Ukrayna ilə sərhədə yaxın ərazilərə 100 mindən çox hərbi qüvvə yığsa da, bu ölkəyə qarşı hər hansı hərbi əməliyyat planlaşdırmadığını deyir.

Kremlin aqressiv davranışlarına qarşı vahid strategiya ətrafında birləşən Qərb ölkələri yanvarın 24-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün onlayn görüş keçirib.

ABŞ Prezidenti Joe Biden-in təşəbbüsü ilə baş tutan müzakirələrdə ABŞ Prezidenti avropalı müttəfiqləri ilə Rusiyanın mümkün təhdidləri ətrafında fikir mübadiləsi aparıb.

ABŞ-ın Mərkəzi Hərbi komandanlığı isə bildirib ki, hərbi qüvvələrin Şərqi Avropa regionuna səfərbər edilməsi barədə hələlik qərar qəbul edilməyib.

Pentaqon sözçüsü John Kirby bildirib ki, qoşunların ərazilərə yeridilməsi yalnız NATO çərçivəsində təsdiqlənən yekun qərara əsasən həyata keçirilə bilər.

Bununla belə o, müdafiə naziri Austin Lloyd-un tapşırığı əsasında müxtəlif hərbi birləşmələrin Şərqi Avropaya göndərilməsi məqsədi ilə yüksək hazırlıq vəziyyətinə gətirildiyini deyib.

"NATO əks-həmlə qüvvələrinin hərəkətə keçməsinə qərar verərsə, Birləşmiş Ştatlar 8500-ə yaxın canlı qüvvə ilə dəstək verməyə hazırdır," - Pentaqon rəsmisi sözlərinə əlavə edib.

Danimarka, İspaniya, Fransa və Niderland da daxil olmaqla, bəzi NATO ölkələri gərginliyin artması fonunda Şərqi Avropaya döyüş təyyarələrini və hərbi gəmilərini göndərməyə hazırlaşır.

Kiyevdəki ABŞ səfirliyi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ rəsmiləri Kiyevdəki vacib işi olmayan işçilərinə və səfirlik əmakdaşlırının ailələrinə ölkədən çıxmaq əmri verib

ABŞ və Britaniya Ukraynadakı bəzi səfirlik əməkdaşlarını və ailələrini çıxarır

ABŞ-ın ardınca Britaniya da Ukrayna səfirliyindəki əməkdaşlarının bir qismini ailələri ilə birlikdə Kiyevdən çıxarmağa başlayıb.

Bundan əvvəl Ağ Ev Rusiyanın Ukraynaya mümkün hücumu ilə bağlı ABŞ səfirliyinin əməkdaşlarının yaxınlarının və vacib işi olmayan işçilərin ölkədən çıxarılmasına qərar vermişdi.

Bir müddətdir ki, Rusiyanın Ukrayna sərhədlərinə qoşun yığması onun bu ölkəyə hücuma hazırlaşdığı təəssüratını yaradıb. Hərçənd Rusiya Ukraynanı işğal etməyi planlaşdırdığına dair iddiaları təkzib edir.

Britaniya XİN-in məlumatında bildirilib ki, səfirlik işini davam etdirəcək və Ukraynada Britaniya vətəndaşlarına konsulluq yardımının göstərilməsi də daxil, əsas funksiyaları yerinə yetirəcək:

"Səfirliyin bəzi əməkdaşları və onların ailə üzvləri Rusiya tərəfindən artan təhlükə ilə bağlı Kiyevdən çıxarılır. Britaniya səfirliyi açıq qalır və əsas işi yerinə yetirməyə davam edəcək".

ABŞ Dövlət Departamenti də Ukraynadakı səfirliyinin vacib işi olmayan əməkdaşlarının da ölkəni tərk etməsinə icazə verib.

ABŞ rəsmiləri Ukraynadakı ABŞ vətəndaşlarına ölkədən çıxmağı tövsiyə edib.

Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib ki, Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyatlar planlaşdırdığına dair xəbərlər var.

Dövlət Departamenti davam edən gərginlik və "ABŞ vətəndaşlarına qarşı təzyiq potensialı" səbəbindən amerikalılara Ukrayna və Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq edib.

"Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyatlar planlaşdırdığı barədə məlumatlar var," - Dövlət Departamentinin məsləhətçisi bildirib.

Qurumun rəsmisi AFP xəbər agentliyinə bildirib ki, səfirlik hələ də açıqdır, lakin Ağ Evdən dəfələrlə xəbərdarlıq edilir ki, işğal "istənilən vaxt" ola bilər.

Onlar bildiriblər ki, hökumət "belə bir vəziyyətdə ABŞ vətəndaşlarını evakuasiya etmək iqtidarında olmayacaq".

BBC-nin müxbiri Barbara Plett Usher bildirir ki, ABŞ-ın bu addımı böhranların Amerika diplomatlarına zərər vura biləcəyi zaman Dövlət Departamentinin tətbiq etdiyi bir sıra ehtiyat tədbirlərinin bir hissəsidir.

NATO-nun hərbi müdafiə alyansının rəhbəri təqribən 100.000 rus əsgərinin sərhədə cəmləşməsindən sonra Avropada yeni qarşıdurma riski ilə bağlı xəbərdarlıq edib.

ABŞ-ın hərbi yardımı "Kiyevə çatdırılıb"

ABŞ Prezidenti Joe Biden tərəfindən təsdiqlənən 90 tonluq hərbi yardımın ilk hissəsi Kiyevə gətilib. Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi bildirir.

"Ukrayna təhlükəsizliyinin təminatı üçün bu yaxınlarda Prezident Biden tərəfindən təsdiqlənmiş yardım paketinin bir neçə partiyasından birincisi bu gecə Kiyevə gətirilib," - səfirliyin Twitter-dəki açıqlamasında deyilir.

Məlumata əsasən, Kiyevə gətirilən yükə təxminən 200 min funt (təxminən 90 ton - red.) ölümcül silahlar, o cümlədən cəbhə xəttində "Ukraynanın müdafiəçiləri üçün" döyüş sursatları da daxildir.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Bundan əvvəl Böyük Britaniya Ukrayna ordusuna NLAW tank əleyhinə raket komplekslərinin partiyasını verib.

Rusiyanın sərhəddə 100 min əsgəri var, lakin Moskva işğal planını inkar edir. Prezident Vladimir Putin təkid edib ki, Ukraynaya NATO-ya üzv olmağa icazə verilməməlidir.

Ötən cümə günü Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərlərin artdığı bir vaxtda ABŞ-ın dövlət katibi Entony Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Bundan əvvəl Blinken Moskvaya xəbərdarlıq edib ki, hər hansı bir qüvvə Rusiya-Ukrayna sərhədini keçərsə, bunun ağır nəticələri olacaq.

O, həmçinin NATO-nun Şərqi Avropada hərbi fəaliyyətdən əl çəkməsini istəyir.

Entony Blinken-in Lavrovla görüşü onun ABŞ-ın müttəfiqlərini rəsmi Moskvaya qarşı sanksiyalara dəstəyi artırmağa çağırmasından sonraya təsadüf edir.

Berlində Britaniya, Fransa və Almaniya rəsmiləri ilə müzakirələrdən sonra cənab Blinken cümə axşamı deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsinə icazə verilməsi "hamımızı bu qitənin və bu şəhərin ikiyə bölündüyü daha təhlükəli və qeyri-sabit bir zamana geri qaytaracaq... hamının başının üstündə hərtərəfli müharibə təhlükəsi var".

Dövlət Departamentinin rəsmiləri bildiriblər ki, cənab Blinken gərginliyi azaltmaq üçün cənab Lavrova "diplomatik yoldan kənar çıxış" təklif etməyə çalışacaq.

Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss da cənab Putini dəhşətli insan itkisinə səbəb olacaq "böyük strateji səhvə yol verməzdən əvvəl dayanmağa və Ukraynadan geri çəkilməyə" çağırıb.

Moskva israr edir ki, Ukraynaya hücum etmək niyyətində deyil, lakin NATO-nun genişlənməsinə qarşı "dəmir-beton" hüquqi təminat istəyir. Ötən həftə ABŞ və NATO rəsmiləri bunun müzakirəsindən belə imtina ediblər.

Prezident Vladimir Putin Qərbə bir sıra tələblər irəli sürərək təkidlə bildirib ki, Ukrayna heç vaxt NATO-ya üzv olmasın və müdafiə alyansı şərqə doğru genişlənməsini dayandırsın.