2020-ci ilin təqvimi şəkillərdə: qeyri-adi ilə aybaay baxış

2020-ci ilin foto icmalı

Şəklin mənbəyi, Getty Images

Xatırlayırsınızsa, 2019-cu ildə dünya tamamilə yeni bir onilliyin başlayacağına ümid edirdi.

Ancaq bəslənilən ümidlər reallaşmadı. Koronavirus pandemiyası dünyanı pis vəziyyətə saldı.

Lakin buna baxmayaraq, 2020-ci il həm də gözəllik, yumor və insan dözümlülüyü nümunələri ilə də yadda qalıb, aybaay çəkilən fotoşəkillər bunu təsdiqləyir.

YANVAR

Çində ölümcül virus aşkar olunur və virus barədə əldə olan məlumat çox azdır. Müvafiq qoruyucu vasitələr olmadığından bəzi insanlar alternativ kimi gündəlik əşyalardan əldəqayırma qoruyucu vasitələr hazırlayırlar.

Çin

Şəklin mənbəyi, Getty Images

FEVRAL

Dünya boyu insanlar Super Ay hadisəsini izləyib. Türkiyədə həmin hadisəni o cümlədən Edirne şəhərindəki 16-cı əsrə aid Səlimiyyə Məscidinin minarələri yaxınlığında da müşahidə etmək mümkün olub.

Türkiyə

Şəklin mənbəyi, Getty Images

MART

Koronavirus məhdudiyyətlərinə görə insanların çoxu onlayn-da vaxt keçiriblər - dost-tanışla ünsiyyət qurublar, işləyiblər, alış-veriş ediblər. Honq Konq sakini olan bu müəllim isə onlayn verdiyi dərslər üçün növbəti video çəkiliş edir.

Smartfon

Şəklin mənbəyi, Getty Images

APREL

Sosial məsafə gözlənilməsi tələbinə yaradıcı yanaşma sərgiləyənlər də az olmayıb. Roma Katolik kilsəsinin keşişi ABŞ-da dindarları müqəddəs suya çəkmək üçün və eyni zamanda sosial məsafə qaydasını pozmamaq məqsədilə uşaqlar üçün nəzərdə tutulmuş su püsgürən tapançanın yaratdığı imkanlardan istifadə edib.

Rahib

Şəklin mənbəyi, Jim West/ZUMA Wire/Shutterstock

MAY

ABŞ-ın Minneapolis şəhərində silahsız qaradərili George Floyd-un polis tərəfindən həbs edildikdən sonra öldürülməsi irqçilik əleyhinə qlobal hərəkatın yaranmasına gətirib çıxardı.

Kaliforniya ştatının Sacramento şəhərində keçirilən bu etiraz aksiyası ABŞ boyu keçirilən etiraz aksiyalarının ilk epizodlarından biri idi. Həmin aksiyada etirazçılarla polis arasında toqquşmalar baş verib.

Etiraz aksiyasının iştirakçısı

Şəklin mənbəyi, Getty Images

İYUN

İlk karantin dövrü bitəndən sonra açılışa hazırlaşan Barselonanın "Gran Teatre del Liceu" opera teatrında tamaşaçılar üçün nəzərdə tutulmuş kreslolarda yerləşdirilmiş iki mindən çox bitki şitili üçün konsert verilib. Bu tədbirin məqsədi indiki çətin dövrdə incəsənətin əhəmiyyətinin nümayiş etdirilməsi idi.

Barcelonanın "Gran Teatre del Liceu" teatrı

Şəklin mənbəyi, Reuters

İYUL

Keniyalı qadın çəyirtkə sürüsünün onun torpaq sahəsinə enməsini çarəsiz şəkildə izləyir. İran, Pakistan və Hindistan ərazilərindəki məhsulları məhv etdikdən sonra çəyirtkə sürüsü Şərqi Afrikaya üz tutub.

Turkana bölgəsi, Keniya, iyul, 2020.

Şəklin mənbəyi, Reuters

AVQUST

Tarixdə qeyri-nüvə partlayışları arasında ən güclü olanlarından biri Livanda Beyrut limanında baş verib. Həmin partlayış nəticəsində 200-dən çox şəxs ölüb, minlərlə şəxs yaralanıb. Bu şəkildə təsvir olunan pianoçu Raymond Essayan partlayış nəticəsində beyin silkələnməsi yaşayıb və evsiz qalıb.

Musiqiçi Raymond Essayan partayışdan sonra Beyrutda, Livan.

Şəklin mənbəyi, Getty Images

SENTYABR

Braziliyanın Amazon tropik meşələrində son on ilin ən güclü yanğını baş verib. Bu hadisə ətraf mühitin və təbiətin mühafizəsi fəallarını həyəcanlandırıb.

Bu bəbiri meşə yanğınından xilas etmək mümkün olub, lakin heyvanın pəncələri yanıb.

Bəbir

Şəklin mənbəyi, Reuters

OKTYABR

Koronavirus pandemiyasının intensivliyi dalğavari olduğundan dünya boyu hökümətlər də il ərzində karantin məhdudiyyətlərini gah sərtlətəşdirib, gah yumşaldıb. Nəticədə, koronavirusa görə bir çox bizneslərin gələcəyi qaranlıq görünür. İtaliyanın paytaxtı Romadakı bu restoran ölməkdə olan biznesin rəmzi qismində bu skeleti yemək süfrəsi arxasına otuzdurub.

Restoranda skelet

Şəklin mənbəyi, Getty Images

NOYABR

Taylanddan olan Mitree Chitinunda əvvəllər aşırı monarxiyapərəst olub. Ancaq bu il Tailandda demokratik islahat tələbi ilə və monarxiya əleyhinə görünməmiş etiraz dalğasından sonra onun baxışları və meyli 180 dərəcə dəyişib və indi, o, etirazçılara qoşulub.

Onun saç düzümündə uç barmaq işarəsi Taylanddakı etirazçılara mənsubluğunu göstərir.

Tailandda hökümət əleyhinə aksiyanın iştirakçısı

Şəklin mənbəyi, Reuters

DEKABR

Koronavirus Yer kürəsini dolaşırkən, kosmosda ölkələr arasında yarış davam edib. Çin tarixdə öz bayrağını Ay səthinə sancan ikinci ölkə oldu. Chang'e-5 kosmik gəmisinin missiyası son 44 ildə ilk dəfə olaraq Ay səthinin süxur nümunələrini Yerə çatdırmağa müvəffəq olub.

Çin bayrağı Ay səthində

Şəklin mənbəyi, EPA

Bütün şəkillərin müəllif hüquqları qorunur.