Koronavirus pandemiyası: Çinin sorğu-suala çəkilməsini istəyən ölkələrin sayı 100-ə çatdı

Şəklin mənbəyi, EPA
Koronavirus pandemiyası ilə bağlı müstəqil təhqiqat aparılmasını istəyən ökələrin sırasına Rusiya da qatıldı.
Avropa İttifaqının hazırladığı qərar layihəsini Ümumdünya Səhiyyə Təşkilatının bazar ertəsi İsveçrənin Cenevrə şəhərində keçirilən iclasında müzakirəyə təqdim etməsi gözlənir.
CNN bu məsələni ilk dəfə gündəmə gətirən Avstraliyanın təklifi əsasında hazırlanan qərar layihəsinə Pekinin ənənəvi müttəfiqi Moskvanın da dəstək verməsi ilə Çinin təklənə biləcəyinə diqqət çəkib.
Çin epidemiyanın ilk yayıldığı ölkə və sonrakı münasibətə görə sorğuya çəkilməsini istəyən Avstraliyanı "məsuliyyətsiz davranmaqda" ittiham etmiş və "pandemiya ilə mübarizə üçün aparılan əməkdaşlığı baltalayacağı" söyləmişdi.
Epidemiyanın hardan qaynaqlandığı, Çinin, xüsusilə ilk günlərdə bununla bağlı məlumatların nə qədərini paylaşdığı kimi məsələlər müstəqil təhqiqatın cavab tapmaq istədiyi suallardır.
İddialara görə, Çinin Wuhan şəhərində xəstəliyin yayılması ilə bağlı dünyanı məlumatlandırmaq istəyən elm adamlarını susdurub, epidemiyanı olduğundan daha əhəmiyyətsiz göstərməsinə çalışıb.

Şəklin mənbəyi, AFP
"Wuhan-da yoluxma sayı 10 gündən uzun bir müddətdə 41 olub"
Çin hökümətinin səhiyyə məsələləri üzrə sözçüsü Dr. Zhong Nanşan şənbə günün CNN-nə açıqlamasında epidemiyanın başlanğıncında yerli rəsmi şəxslərin yoluxma sayı barədə əllərindəki məlumatları paylaşmaq istəmədiyini söyləyib.
O bildirib ki, Wuhan şəhərində yoluxma sayı- virus bütün dünyaya yayılarkən- 10 gündən uzun bir müddətdə 41 olub. "Bu rəqəmə inanmadım və real yoluxma sayı barədə açıqlama tələb etdim. Amma sorğumu cavablandırmaqda könülsüz davrandılar".
Çin ABŞ və avropalı liderlərin koronavirus panepidemiyasında yaşanan xaosda Pekini məsuliyyətli tutmaları ilə bağlı açıqlamalarından sonra Çinin beynəlxalq mövqeyi zədələndiyini bildirib.
Çin dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verərək ittihamları rədd edir.
Qərar layihəsində Çin, ya da başka bir ölkəyə aid hər hansı bir ittiham yer almayıb.
Çin rəhbərliyi belə bir təhqiqatın ÜST nəzdində aparılacağı təqdirdə dəstəklənəcəyini bildirib.
Lakin ABŞ və alman xüsusi xidmət orqanları ÜST-ün Çinin təsiri və təzyiqi altında olduğunu iddia edirlər. ÜST rəsmiləri bu iddiaları rədd edirlər.










