"Biz qızımla uça bilərik, ancaq arvadımı buraxmırlar". Koronavirus ailələri necə ayırır?

Jeff Siddle arvadı və qızı ilə
Şəklin alt yazısı, Jeff və Sindy Siddle-lar Hubei əyalətinə Çin Yeni İlini bayram etməyə gəliblər.

Artıq Çinin bütün regionlarına və həmçinin 16 ölkəyə yayılaraq, 170-dən çox şəxsin ölümünə səbəb olmuş Koronavirus baş vermiş hadisələrin içində həm də ailələri ayırmağa başlayıb. İngiltərədən olan proqram təminatçısı Jeff Siddle 9 yaşlı qızını evinə aparmaq üçün həyat yoldaşını Çində tərk etmək məcburiyyətində qalıb.

Hubei-dəki xaricilər

Siddle-nin həyat yoldaşı Sindi çinlidir və onlar ailəvi olaraq Çin Yeni ilini qohumlarla qeyd etmək üçün Hubei əyalətinə yollanıblar. Bu bölgədə 3500-dən çox koronavirus infeksiyası hadisəsi qeydə alınıb. Orada xəstəliyin mərkəzinə çevrilmiş Wuhan şəhəri yerləşir.

Hubei əyalətində on minlərlə xarici təhsil alır, işləyir. Bir çox ölkələr həmin vətəndaşlarını təxliyə edəcəyini açıqlayıb. Xüsusilə, Amerika Birləşmiş Ştatları və Yaponiya artıq hava yolu ilə yüzlərlə vətəndaşını Çindən çıxarıb.

Jeff və Sindi Siddle cütlüyü qızları ilə birgə fevralın 1-də evlərinə uçmalı olsalar da, onların Wuhandan olan təyyarə reysləri təxirə salınıb. Çin hökuməti virusun yayılmasının qarşısının alınması üçün şəhərə gedən bütün nəqliyyatın hərəkətini dayandırıb.

Böyük Britaniya öz vətəndaşlarını təxliyə etmək üçün təyyarə göndərsə də, Siddle ailəsinə Britaniya konsulluğu tərəfindən bildirilib ki, Sindi onlarla uça bilməz. Məsələ ondandır ki, onun Böyük Britaniyada 2008-ci ildən ömürlük yaşayış icazəsi var, lakin o vətəndaşlıq almayıb.

Həmin reys cümə axşamı günü uça bilər.

"Mənə dedilər ki, yalnız Böyük Britaniya vətəndaşları təxliyə olunur. Səbəb isə Çinin öz vətəndaşlarına ölkəni tərk etmək icazəsini verməməsidir", BBC-yə müsahibəsində Jeff Siddle deyib.

"Mən seçim etməli idim, ya 9 yaşlı Britaniya passportu olan qızımla uçaq, ya da üçümüz də birlikdə ölkədə qalaq".

Çin hökuməti ikili vətəndaşlığı qəbul etmir.

Koronavirus nədir? Koronavirus necə yayılır?

"Qızım aralıqsız ağlayır"

Jeff və Sindi onlar üçün ağır olsa da, nəticədə qərara gəliblər ki, ayrılsınlar.

"Bu dəhşətli qərar idi", - Jeff deyib - "Bizim 9 yaşlı qızımız anasından ayrılır və heç kim bilmir ki, hansı müddətə? Qızım, əlbəttə davamlı ağlayır. Özünə yer tapa bilmir", - o əlavə edib.

Britaniya səfirliyi Siddle ailəsinə izolə edilmiş Wuhan şəhərindən aeroporta özləri getməlidirlər.

"Ora maşınla 3 saatlıq yoldur, lakin yollar bağlıdır. Elə-belə gedə bilməzsən. Biz Çİn hökumətinə zəng vurduq, onlar bildirdilər ki, Britaniya tərəfi xüsusi diplomatik sənəd verməlidir ki, bizi oradan götürsünlər. Konsulluqdan isə bizə bildirilib ki, belə bir sənəd vermək hüquqları yoxdur".

Britaniya Xarici İşlər Nazirliyindən BBC-yə bildirilib ki, Siddle ailəsinin vəziyyəti Çin hökuməti ilə müzakirə mövzusudur.

Koronavirus nədir? Koronavirus necə yayılır?