Koronavirus: Çin xarici vətəndaşların təxliyəsinə başlayıb

Çin Wuhan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Çində yaşayanlar qoruyucu məqsədlə üz maskasından istifadə edirlər.

Çin koronavirusun yayıldığı Wuhan şəhərindən ölümlər və yoluxanların artımından sonra yüzlərlə xarici vətəndaşı təxliyə etməyə başlayıb.

Avstraliya özünün təxliyə olunan 600 vətəndaşını təxminən 2 həftəliyinə ölkənin 2 min kilometrliyində yerləşən Christmas Adasında karantində saxlamağı planlaşdırır.

Yaponiya, ABŞ və Avropa Birliyi də öz vətəndaşlarının geri qaytarılmasına başlayıb.

Çin Prezidenti Xi Jinpin virusu "şeytan" adlandırıb, lakin həmçinin bildirib ki, Çin onu məğlub edəcək.

Çinin Milli Sağlamlıq Komissiyasının (ÇMSK) verdiyi məlumata görə, xəstəliyin pik həddə çatması üçün daha 10 gün vaxt lazım ola bilər.

Qurum bildirib ki, koronavirus nəticəsində Çində ölənlərin sayı 132 nəfərə çatıb.

Xəritə

Çin Milli Sağlamlıq Komissiyası çərşənbə günü virusa yoluxanların sayının 1459 nəfər artaraq 5974 nəfərə çatdığını bildirib.

Çin rəsmiləri daha əvvəl bildirmişdilər ki, yanvarın 27-dək ölkədə ümumilikdə 4 min 515 nəfər koronavirusa yoluxub.

Virusun 16 ölkədə yayılması ilə də kütləvi evakuasiya səyləri başlayıb.

Ehtimal olunur ki, virus Hubei əyalətinin pataxtı Wuhan-da qeyri-qanuni satışı həyata keçirilən dəniz məhsullarından yayılıb.

Virus ağır nəfəs yolu infeksiyasına səbəb olur və onun xüsusi müalicəsi və ya vaksinasiyası yoxdur.

Hadisənin iqtisadi təsirləri artır, Starbucks adlı şəbəkə Çində yerləşən şöbələrinin yarısını - təxminən, 2 min şöbəsini virus səbəbilə hazırda bağlayıb.

Kimlər təxliyə olunur?

"Avstraliyanın təxliyə olunan 600 vətəndaşı təxminən 2 həftəliyinə ölkənin 2 min kilometrliyində yerləşən Christmas Adasında karantində saxlanacaq", Baş Nazir Scott Morrison deyib.

Bu ada immiqrantların saxlama məntəqəsi olması və buradakı şərait və baş vermiş insan hüquqları pozuntusuna görə bu elan narahatlıq yaradıb.

Hazırda yalnız 4 nəfərlik bir ailənin məskunlaşdığı məkan min nəfərlikdirı.

Yeni Zellandiya da öz 53 vətəndaşını AVstraliyalı təxliyəolunanlarla birlikdə gətirmək üçün Canberra ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Wuhan əhalisi pəncərələrdən "möhkəm ol" deyə qışqırırlar.

Koronavirusun əlamətləri

Maska geymək virusun yayılmasının qarşısını alırmı?

Yaponiya da öz 200 vətəndaşını ölkəyə gətirib.

Yaponiya hökuməti bu ölkənin Çində yaşayan və ölkəsinə qayıtmaq istədiyini bildirən daha 650 vətəndaşının gətiriliməsi üçün yeni uçuşun planlaşdırıldığını bildirib.

Yapon mediası yeni gələn vətəndaşların sağlamlığının yoxlanacağı ilə bağlı planları açıqlasa da, bu şəxslərin karantinə alınacağı ilə bağlı planların olmadığını açıqlayıb.

Onlardan iki həftə müddətinə evdə oturmağı və simptomları müşahidə etmək istənilir.

Çərşənbə günü ABŞ-ın yerli konsulluğu, eləcə də digər vətəndaşları şəhəri tərk ediblər.

CNN-in məlumatına görə, təxliyə olunanlar iki həftə müddətinə aeroportda karantində saxlana bilərlər.

Böyük Britaniya Xarici İşlər Nazirliyi də özünün ərazini tərk etmək istəyən 200 vətəndaşını bu ölkədən çıxarmağı planlayır. Bəzi Böyük Britaniya vətəndaşları hökuməti evə qayıtmaq istəyən vətəndaşlarına yardım göstərməməkdə ittiham edib.

Ayrıca iki təyyarə Avropa İttifaqı vətəndaşlarına evə qayıtmaq üçün planlanıb, ilk uçuşda 250 Fransa vətəndaşının yer alacağı nəzərdə tutulub.

Cənubi Koreya da bu həftə özünün 700 vətəndaşının dörd uçuşla evə qaytarılacağını bildirib.

Hazırda Honq Konq Çinə səyahəti dayandırmağı planlayır.

Wuhan və Hubei əyalətində ciddi nəqliyyat qadağası ilə bağlanıb.

Virusun özü ilə bağlı son məlumatlar nədir?

İnsandan-insana virusun keçməsinin təsdiqlənməsindən sonra Almaniya, Vyetnam, Tayvan və Yaponiyada virusun yayılması ilə bağlı narahatlıqlar artıb.

Çinin aparıcı nəfəs yolları mütəxəssisi və virusun qarşısını almaq və onu nəzarətdə saxlamaq üçün yaradılmış komandanın rəhbəri Zhong Nanshan Xinhua xəbər agentliyinə "düşünürəm, bir həftə və ya 10 günə virusun yayılması pik həddə çatacaq və ondan sonra virusun yayılmasında artım dayanacaq" deyib.

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq mütəxəssislərin ölkəyə gətirilib virusu anlamaq və qlobal şəkildə qarşısını almaq cəhdlərinə qoşulmaq təklifini qəbul edib.

Prezident Xi ÜST-ün katibi Tedros Adhanom Ghebreyesus-la görüşdə "bu virus şeytandır, və biz bu şeytanı gizlənməyə qoya bilmərik" deyib.

İnsandan-insana yoluxma qorxunu artırır

İnsandan-insana yoluxma halları barədə yayılan xəbərlər insanlarda bu virusun yayılma arealının miqyası barədə təsəvvür yaradaraq qorxu yaradır. Yaponiya və Almaniyada baş verən yoluxmalar göstərib ki, yoluxmuş insana yaxın gedən hər kəs bu virusa yoluxa bilər.

Öskürək və qızdırma kimi simptomları olan insanların ən çox yoluxucu olacağı hesab olunur.

Ancaq mütəxəssislər açıq bir yoluxma əlamətləri olmayan insanların da risk yarada biləcəyini istisna etmirlər. Bir insanın simptomları inkişaf etdirməsi bir həftədən çox zaman ala bilər.

Tövsiyə, yoluxmuş insanlarla yaxın təmasdan qaçmaqdır. Bu nəfəs məsafəsindən qaçmaq, yaxud da digər şəxslərin tənəffüs damlaları ilə çirklənmə ehtimalı olan səthlərə toxunmamaq üçün kifayət qədər məsafə saxlamaq deməkdir.

Koronavirus