Qırğızıstan: Keçmiş prezidenti həbs etmək cəhdi

Atambayev tərəfdarları ilə

Şəklin mənbəyi, Akipress.com

Qırğızıstanda cümə axşamı günü səhərdən keçmiş prezident Almazbek Atambayevin tərəfdarları yenidən onun evinin ətrafına toplaşmağa başlayıb.

Atambayev günortadan sonra tərəfdarları ilə birgə Bişkekin mərkəzinə gedəcəklərini açıqlayıb.

Bu, təhlükəsizlik qüvvələrinin ötən gecə Almazbek Atambayevi həbs etmək üçün onun Koi-Taş kəndindəki evinə basqınından sonra baş verir.

Avqustun 7-də xüsusi təyinatlılar sabiq prezidenti saxlamaq istəsələr də, onun tərəfdarları buna imkan verməyib və onlarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Nəticədə, təhlükəsizlik qüvvələrinin altı üzvü girov götürülüb, təxminən 50 nəfər yaralanıb və bir zabit güllə yarasından ölüb, rəsmilər bildirir.

Cənab Atambayev saxlanılanların bugün sərbəst buraxılacağını deyib.

Almazbek Atambayev korrupsiyada ittiham olunur, amma o, bu ittihamları rədd edir. İyun ayında parlament onu toxunulmazlığından məhrum edib.

Atambayev tərəfdarları ilə

Şəklin mənbəyi, Akipress.com

Hüquq-mühafizə orqanları hadisəni kütləvi iğtişaşlar, adam öldürmə və girov götürmə maddələri altında araşdırdıqlarını bildirib.

Prezident Sooronbai Jeenbekov bildirib ki, Atambayev qanuni təhqiqata silahlı qarşılıq verərək Konstitusiyanı və Qırğızıstan qanunlarını kobudcasına pozub.

sədlər

Şəklin mənbəyi, Akipress.com

Şəklin alt yazısı, Atambayevin evinin ətrafında qurulan sədlər
Atambayev tərəfdarları ilə

Şəklin mənbəyi, Akipress.com

sədlər

Şəklin mənbəyi, Akipress.com

Atambayev tərəfdarları ilə

Şəklin mənbəyi, Akipress.com

Qırğızıstanın milli təhlükəsizlik komitəsinin məlumatına görə, çərşənbə günü "yalnız rezin güllə ilə silahlanmış" xüsusi təyinatlılar keçmiş prezidentin saxlanılması üçün "xüsusi əməliyyat" aparıblar.

Komitə qoşunları keçmiş prezidentin olduğu igamətgaha daxil olarkən cənab Atambayevin tərəfdarlarının canlı səddi ilə qarşılaşıb.

Almazbek Atambayevin tərəfdarları onun evinə daxil olaraq xüsusi təyinatlıları geri çəkilməyə məcbur edib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Almazbek Atambayevin tərəfdarları onun evinə daxil olaraq xüsusi təyinatlıları geri çəkilməyə məcbur edib

Yerli media yazır ki, daha 6 əsgər cənab Atambayevin ardıcılları tərəfindən saxlanılıb.

Cənab Atambayevin tərəfdarları xüsusi təyinatlıları evindən çıxardıqdan sonra bayram əhval-ruhiyyəsi içində olublar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Cənab Atambayevin tərəfdarları xüsusi təyinatlıları onun evindən çıxardıqdan sonra bayram əhval-ruhiyyəsi içində olublar

Facebook sosial şəbəkəsində basqının görüntülərini yerləşdirən şahid Mirbek Aitikeyev AFP xəbər agentliyinə cənab Atambayevi qoruyanlardan bəzilərinin "camaatın basqısı altında geri çəkilən" xüsusi təyinatlılardan silah aldıqlarını söyləyib.

"Atambayev hələ də evindədir ... əlavə qüvvələrin göndəriləcəyi barədə şayiələr var. Buradakı insanlar hazırlıqlar görür", o deyib.

Almazbek Atambayevin tərəfdarları Koi-Taş kəndinin küçələrində

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Almazbek Atambayevin tərəfdarları Koi-Taş kəndinin küçələrində

Yayılmış videoda çaxnaşma yarandıqda cənab Atambayevin tərəfdarlarını salamladığı görünür. Arxa planda atışma səsləri gəldikdə insanlar qaçmağa və qışqırmağa başlayırlar.

Gecə düşdükdə təhlükəsizlik qüvvələri yaxınlıqda toplanan zaman keçmiş prezidentin iqamətgahına aparan yollarda Atambayev tərəfdarları barrikadalar qurub.

Qırğızıstan xüsusi təyinatlıları cənab Atambayevin evinin yaxınlığındakı Koi-Taş kəndində yenidən toplanırlar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qırğızıstan xüsusi təyinatlıları cənab Atambayevin evinin yaxınlığındakı Koi-Taş kəndində yenidən toplanırlar

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Qırğızıstan müstəqillik əldə edib və ölkənin 6 milyonluq əhalisinin əksəriyyəti türkdilli müsəlmanlardır.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək prezident olub. Ondan sonra prezident Sooronbai Jeenbekov olub.

Həmin vaxt onlar yaxın müttəfiq idi, amma münasibətlər sonradan pisləşib. Müşahidəçilər deyirlər ki, cənab Jeenbekov ötən il öz sələfini siyasi cəhətdən tərk etməyə başlayıb.

Keçmiş prezident Almazbek Atambayev iyun ayında toxunulmazlıqdan məhrum edilib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Keçmiş prezident Almazbek Atambayev iyun ayında toxunulmazlıqdan məhrum edilib

Toxunulmazlığını itirdikdən sonra cənab Atambayev vəzifədə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə məsələsi ilə bağlı sorğu-sual üçün polisə təslim olmaq əmrlərinə məhəl qoymayıb.

Getdikcə güclənən Almazbek Atambayev keçən ay Rusiya prezidenti Vladimir Putin ilə görüşmək üçün Moskvaya gedib, lakin Rusiya lideri cənab Jeenbekovu dəstəklədiyini bildirib və ölkəni "hazırkı prezident ətrafında birləşməyə" çağırıb.

Cənab Jeenbekovun ofisi onun Bişkekə qayıtmaq üçün tətilini yarımçıq kəsdiyini və cümə axşamı səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını çağırdığını bildirib.