Qırğızıstan prezidentinin ifa etdiyi mahnıların videoları yayımlanıb

Şəklin mənbəyi, President.kg
Qırğızıstan prezidenti Almazbek Atambayevin yazdığı və ifa etdiyi iki mahnının peşakar videoları yayımlanıb.
Prezident Enekem adlı ilk mahnısını anasına həsr edib və analar günü ərəfəsində yerli studiyanın hazırladığı video ilə dərc edib.
"Anam mənim həyatımda xüsusi rol oynayıb. Anam olmasaydı mən nailiyyətlərimin heç yüzdə birini də əldə edə bilməzdim", - prezident Atambayev qırğız analara həsr edilmiş tədbirdə deyib, Qırğızıstanın Teleqraf Agentliyi bildir.
Bundan iki gün sonra, cənab Atambayev Ya Vas Lyublyu (Mən sizi sevirəm) adlı ikinci mahnısını Toptash studiosunun videosu ilə dərc edib.
Qırğız dilində ifa edilən Enekem-dən fərqli olaraq, Youtube-a yerləşdirilmiş ikinci mahnı rus dilindədir. Prezidentin bu videosu çox sayda müsbət şərhlər cəlb edib.
DJ-lər və toy müğənniləri
Bu mahnılar Qırğız prezidentinin ilk mahnıları deyil, lakin yeni mahnılarda onun regiondaki digər liderlər kimi bacarıqlı gitaraçı olduğu nümayiş etdirilir.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov gitara çalmağı ilə, həm də DJ və ifacı kimi də tanınır.

Şəklin mənbəyi, Turkmen TV
Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə ölkəsinin xalq müsiqi aləti - dombranı çala bildiyini nümayiş etdirib.
Lakin Tacikistan prezidenti Emomali Rəhmonun öz oğlunun toyunda mahnı oxuması onun musiqi qabiliyyətinə dair suallar doğurub.
Rusiya Prezidenti Vladimir Putin də Çin prezidenti ilə görüşündən əvvəl piano çalıb. Bu da onun tezliklə konsert verməyəcəyinə əminlik yaradıb.




