Madonnanın Eurovision 2019-da çıxışı birmənalı qarşılanmayıb

Madonna

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Madonnna İsraildə keçirilmiş Eurovision 2019 müsabiqəsinin final hissəsində dəvət olunmuş qonaq qismində çıxış edib.

Madonna-nın Eurovision 2019 mahnı müsabiqəsinın qonağı qismində Israildəki çıxışına tamaşaçıların reaksiyası birmənalı olmayıb.

Madonna qara kapüşonlu qiyafədə və sol gözünə taxılmış qara sarğı ilə səhnəyə 1989-cu ilin Like A Prayer (Duaya Bənzər) və ABŞ repçisi Quavo ilə birgə ifa etdiyi Future (Gələcək) adlı yeni mahnısı ilə çıxıb.

Eurovision 2019 müsabiqəsi ərəfəsində fəallar Madonnanı Təl-Əvivdəki çıxışından imtina və İsraili boykot etməyə çağırmışdılar.

Madonna bu çağırışlara baxmayaraq Təl-Əvivdə çıxış edib, lakin tamaşanın gedişində onun rəqqaslar qrupundan iki nəfər qısa bir zaman ərzində əl-ələ tutaraq paltarlarının kürək hissəsində təsvir olunmuş İsrail və Fələstin bayraqlarını nümayiş etdiriblər.

Bununla bağlı, Eurovision 2019 təşkilatçıları bildiriblər ki, Madonnanın çıxışı zamanı İsrail və Fələstin bayraqlarının nümayiş etdirilməsi əvvəlcədən razılaşdırılmamış bir hərəkətdir.

"Bu element məşq zamanı olmayıb və razılaşdırılmayıb. Eurovision mahnı müsabiqəsi qeyri-siyasi tədbirdir və Madonnaya bu məlumdur", - Eurovision 2019 müsabiqəsinin təşkilatçılarının bəyanatında deyilib.

Madonnanın Təl-Əvivdə sərgilədiyi tamaşanı istifadəçilərin bir qismi tənqid edib, bəziləri isə alqışlayıb.

Presentational white space
Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Presentational white space

Twitter istifadəçilərindən biri yazıb ki, Madonnanın addımını "kimsə xoşlaya, kimsə də pisləyə bilər, lakin o, istədiyini etdi".

Madonnanın nəğmə ifaçılığına gəldikdə isə, şərhçilər onun bir müğənni kimi çıxışının zəif olduğunu qeyd ediblər. Həmin şərhçilər ona, notları səhv salmamaq üçün, musiqi robotunun köməyindən istifadə etməyi məsləhət görüblər.

Lakin Madonnanın Tel-Əvivdə çıxşını bəyənənlər də olub: onlar ulduz müğənninin hazırladığı şounun möhtəşəmliyini qeyd ediblər.

Presentational white space
Videonun alt yazısı, Madonnanın dəstəkləyici rəqqaslar qrupunun iki üzvü tamaşa zamanı paltarlarının kürək hissəsində təsvir olunmuş İsrail və Fələstin bayraqları ilə görünüblər.