Şahzadə Harry və Meghan Markle-ın ilk övladı dünyaya gəlib

Harry və Meghan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Sussex hersoqu və hersoginyası - şahzadə Harry və Meghan Markle

Şahzadə Harry və Meghan Markle-ın övladı dünyaya gəlib.

"Çox sevindiyini" deyən Sussex hersoqu Şahzadə Harry xalqa hamiləlik dövründə dəstəyə görə təşəkkür edib.

O bildirib ki, Sussex hersoqinyası Meghan və körpə "çox yaxşıdırlar".

Şahzadə Harry bazar ertəsi günü Bakı vaxtilə saat 9.26-da doğulmuş oğlan uşağı üçün hələ ad fikirləşdiklərini də deyib.

Videonun alt yazısı, Şahzadə Harry Meghan Markle-ın nişan üzüyünü anası Diana-nın cəvahiratından hazırlayıb

"Biz hələ körpəyə hansı adı vermək barədə düşünürük", - şahzadə Harry jurnalistlərə bildirib.

"Sizinlə, düşünürəm ki, iki gündən sonra görüşəcəyik, odur ki, körpəni hər biriniz görə biləcəksiniz".

Günorta jurnalistlərə danışan şahzadə Harry deyib: "Meghan-ın və mənim bu gün səhər oğlan uşağımız olub - çox sağlam bir oğlan uşağıdır. Ana və körpə özlərini çox yaxşı hiss edirlər. Bu, mənim təsəvvür edə biləcəyim ən gözəl anlardır ki, yaşayıram."

"Hər qadının üzərinə düşən vəzifənin öhdəsindən gəlməsi inanılmazdır. Biz hər ikimiz özümüzü çox xoşbəxt hiss edirik və dəstəyə görə hamıya təşəkkürümüzü bildiririk. Bu xoşbəxt anlarımızı sizinlə bölüşmək istədik".