Britaniya kral ailəsində nikah: Şahzadə Harry və Meghan Markle evləndi

Şahzadə Harry və Meghan Markle-ın Windsor qəsrininin Müqəddəs Georg kilsəsində

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şahzadə Harry və Meghan Markle-ın Windsor qəsrininin Müqəddəs Georg kilsəsində

Şahzadə Harry və Meghan Markle-ın Böyük Britaniyanın Windsor şəhərində keçirilən nikah mərasimi başa çatıb.

Cütlüyü öz gözləri ilə görmək istəyənlər Windsor küçələrinə axışır, yüzlərlə insan isə ən yaxşı "baxış nöqtəsini" seçə bilmək üçün gecəni açıq səma altında keçirib.

Meghan-ın atası Thomas səhhəti ilə bağlı olaraq toy mərasimində iştirak etmədiyi üçün gəlini şahzadə Charles müşayiət edib.
Şəklin alt yazısı, Meghan-ın atası Thomas səhhəti ilə bağlı olaraq toy mərasimində iştirak etmədiyi üçün gəlini şahzadə Charles müşayiət edib.

Nikah İngiltərə vaxtı ilə 12-də (Bakı vaxtı ilə 15:00) başlayıb və təxminən bir saat keçmiş cütlük və qonaqlar kilsəni tərk edib.

Mərasimə ən sonda gələn Böyük Britaniya Kraliçası II Elizabeth olub

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mərasimə ən sonda gələnlərdən biri Böyük Britaniya Kraliçası II Elizabeth olub
meghan markle
Şəklin alt yazısı, Meghan Markle mərasimə ağ donda gəlib
ABŞ TV ulduzu Oprah Winfrey və britaniyalı aktyor Idris Elba nikahdan əvvəl Windsor şəhərindəki Müqəddəs Georg kilsəsinə gedirlər.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, ABŞ TV ulduzu Oprah Winfrey və britaniyalı aktyor Idris Elba nikahdan əvvəl Windsor şəhərindəki Müqəddəs Georg kilsəsinə gedirlər.

Toy ərəfəsində, şahzadə Harry özünü rahat hiss etdiyini, Markle isə möhtəşəm hiss etdiyini deyib.

Qadınlar

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Tədbiri izləməyə gələnlər arasında şən atmosferin olduğu xəbər verilir

Windsor şəhərindəki tədbirə dəvətlilər arasında 1200 ictimai xadim olub.

Şənbə günü Windsor-un qatar stansiyasında nikahı izləməyə gələnlərin sayı xeyli artıb

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şənbə günü Windsor-un qatar stansiyasında nikahı izləməyə gələnlərin sayı xeyli artıb

Onlardan çoxu xeyriyyəçilik sahəsində fəaliyyətinə görə tanınmış simalardır.

Britaniyanın Baş naziri Theresa May də daxil, siyasətçilər dəvət olunmayıb, çünki nikah rəsmi dövlət tədbiri sayılmır.

Presentational grey line
Presentational grey line
Şənbə günü nikahdan əvvəl Müqəddəs Georg kilsəsində giriş bəzədilib

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Şənbə günü nikahdan əvvəl Müqəddəs Georg kilsəsində giriş bəzədilib
Müqəddəs Georg kilsəsi Windsor qəsrində yerləşir

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Müqəddəs Georg kilsəsi Windsor qəsrində yerləşir

Meghan Markle-ın anası - Doria Ragland gəlin tərəfindən tədbirə qatılan yeganə ailə üzvü idi.

Müqəddəs George kilsəsinə ən birinci şahzadə Harry, daha sonra xanım Markle gəlib.

Mərasimə ən sonda gələnlərdən biri Böyük Britaniya Kraliçası II Elizabeth olub.

Meghan Markle və Doria Ragland

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Meghan Markle-ın anası - Doria Ragland gəlin tərəfindən tədbirə qatılan yeganə ailə üzvüdür.