Qətər əmirinin Türkiyəyə 500 milyon dollarlıq hədiyyəsi niyə sual yaradıb?

təyyarə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Boeing 747-8i dünyada ən böyük və ən bahalı şəxsi təyyarə hesab olunur.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, Qətər əmiri 500 milyon dollarlıq qiyməti olan təyyarə verib.

Erdoğan bildirib ki, şeyx Tamim Al Thani Türkiyənin Boeing 747-8i təyyarəsini almaq üçün maraqlandığını öyrənib və onu Türkiyəyə hədiyyə edib.

Müxalif millət vəkilləri, ölkənin maliyyə böhranının qarşısını almağa çalışdığı dövrdə prezidentin vergi ödəyicilərinin puluna təyyarə almağından narahatlıqlarını bildirmişdilər.

Türkiyə bir il müddətində Qətəri digər ərəb dövlətləri ilə qarşıdurmasında dəstəkləmişdi.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərlə bütün diplomatik və ticarət əlaqələrini kəsmişdilər. Onlar qazla zəngin ölkəni İranla əlaqələrini kəsmək, eləcə də cihadçılara dəstək iddiası ilə ittiham edirdilər.

Qətərin yeganə quru sərhədi bağlandığı və eləcə də, limanlardan istifadəsi qadağan olunduğu üçün ölkədə ərzaq çatışmazlığının qarşısını almaq məqsədilə Türkiyə onlara dəniz və hava yolu ilə qida məhsulları göndərmişdi.

The Drive saytı keçən ay satışa çıxarılan Boeing 747-8i təyyarəsini "dünyada ən böyük və ən bahalı şəxsi təyyarə" hesab edib.

Təyyarənin sadəcə Qətərə 2015-ci ildə gətirildiyi deyilir. Bundan sonra, o, adətən olduğu kimi 400 sərnişin yox, 76 sərnişin daşımaq üçün yenilənib.

Təyyarədə otaqlar, zallar, iclas otaqları, birinci sinif oturma yerləri və hətta xəstəxana da var.

Erdoğan və Qətər əmiri

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Recep Tayyip Erdoğan deyib ki, şeyx Hamad Al Thani təyyarəni Türkiyəyə verməyə təkid edib.

Təyyarə keçən həftə Türkiyəyə çatdırılandan sonra müxalif millət vəkili, vitse-prezident Fuat Oktayın qarşısında parlamentdə sual qaldırıb ki, təyyarənin dövlət tərəfindən alınıb-alınmadığı haqda məlumatlar bildirilsin.

Keçən həftə Azərbaycandan Türkiyəyə həmin təyyarədə uçarkən cənab Erdoğan deyib ki, Qətər əmiri Türkiyə hökumətinin təyyarəni almaq niyyətini bilib və hədiyyə verib.

"O dedi: Mən Türkiyədən pul almayacam. Mən bunu Türkiyəyə hədiyyə kimi verirəm", - prezident Erdoğan şeyx Hamad-in sözlərini təkrarlayaraq deyib.

Keçən ay Qətər əmiri Türkiyə iqtisadiyyatını və valyutasını dəstəkləmıək üçün 15 milyard dollar dəyərində iqtisadi layihələr toplusunu, investisiyaları və depozitləri təsdiqləmişdi.

Türk lirəsi bu il dollara qarşı 40 faizə yaxın dəyərini itirib.