Cannes film festivalında qadın kinoulduzlar etiraz yürüşü keçirib

Videonun alt yazısı, Cannes-in qırmızı xalı üzərində 82 qadın sənətkar bərabərlik tələbilə keçirilmiş marşda iştirak edib

Cannes film festivalında onlarla aktrisa aksiya keçirərək kinematoqrafda cinsi zəmində diskriminasiya hallarına etirazlarını bildiriblər.

Qırmızı xalı üzərində keçirilmiş aksiyada Cate Blanchett, Kristen Stewart , Salma Hayek və digər kinoaktrisalar iştirak ediblər.

Nüfuzlu Cannes festivalı qadın rejissorlar tərəfindən çəkilmiş filmlərə az yer ayırdığına görə tənqid edilib.

Aktrisaların etiraz nümayişi kinoindustriyada seksual zəmində təhqir və təqiblərlə bağlı qalmaqal baş verdikdən sonrakı dövrə təsadüf edib.

İndiki festival keçən il Hollywood prodüseri Harvey Weinstein qadınları seksual zəmində təqib və təhqir etməkdə ittiham olunduqdan sonra Cannes-də keçirilən ilk film festivalıdır.

Harvey Weinstein qadınlarla qarşılıqlı razılıqsız seks əlaqəsinə girdiyini inkar edərək həmin ittihamları həmişə rədd edib.