Cannes kino festivalının 70 ili tamam olur

Cannes kino festivalının 70 ili tamam olur. Getty Images-in redaktoru Lisa-Marie Rae festivalın ən maraqlı anlarına nəzər salıb.

Julia Roberts pillələri ayaqyalın qalxır

Şəklin mənbəyi, Andreas Rentz / Getty Images

Şəklin alt yazısı, Julia Roberts qırmızı xalça ilə qaydalara uyğun geyimdə addımlamaq ənənəsini həmişə pozub - gah qoltuqaltı tükünü qırxmayıb, gah da ki, qırmızı xalçada ayaqyalın yeriyib. Qayadalara görə, dəvət olunmuş qadın qonaqlar qırmızı xalça üzərində dikdabanda yeriməlidirlər. Onun mənalı gülüşü təsadüfi deyil. Bu hadisə xəbərlər başlığına düşüb.
Bikininin dəbə düşməsinin səbəbkarı Brigitte Bardot olub

Şəklin mənbəyi, SIMON Michou / Getty Images

Şəklin alt yazısı, Brigitte Bardot 18 yaşında çimərliyə bikinidə gələrkən ətrafdakıların diqqətini özünə çəkib. Burada o, fotoçəkiliş üçün mətbuat nümayəndələri qarşısında durub, ətrafda toplaşan camaata isə, san ki, fikir verməyib. Bikininin dəbə düşməsinin səbəbkarı demək olar kı, Brigitte Bardot olub.
Spice girls

Şəklin mənbəyi, Bertrand Guay / Getty Images

Şəklin alt yazısı, Adidas idman geyimində Cannes kinofestivalında görünmək ədər ağlabatan sayıla bilər, lakin Spice Girls bu cızığı keçib, özü də, ilk dəfə olaraq.
Ulduzlar xeyriyyə aksiyasında

Şəklin mənbəyi, Gareth Cattermole / Getty Images

Şəklin alt yazısı, American Foundation for Aids Research (Amerika QİCS Tədqiqatları Fondu) təşkilatının keçirdiyi xeyriyyə tədbiri üçün çəkdirilmiş şəkil. Ulduzların qatıldığı xeyriyyəçilik aksiyalarında hər il milyonlarla avro məbləğində pul toplanır.
Angelina Jolie və Brad Pitt

Şəklin mənbəyi, Pascal Le Segretain / Getty Images

Şəklin alt yazısı, "Brangelina" cütlüyünün fotosu həmişə əla çıxır, xüsusən də, cütlük qırmızı xalça üzərində olanda. Brad Pitt vaxtaşırı Angelina Jolie-ə moda mətbuatı üçün tək foto çəkdirmək imkanı verib. Mətbuat nümayəndələri onun hansı şirkətin paltarlarını geydiyini bilməyə həmişə can atıb. Bu fotoşəkil Brad və Angelina rəqs edərkən çəkilib. Qırmızı xalça, kameraların işığı, yaşıl palmalar - bunların hamısı fotoya yaraşıq əlavə edib.
Madonna

Şəklin mənbəyi, GERARD JULIEN / Getty Images

Şəklin alt yazısı, Cannes kinofestivalında modanın həmişə mühüm çəkisi olub. Amma kimin geyimi oturuşmuş cızıqları daha çox keçir, və bu yolla modanı bir addım da irəliyə daşıyır, özü də ki, bunu kifayət qədər ehtiyatlı edir, kimi məqamlar həmişə maraq doğurub. Festivalda In Bed (Çarpayıda) filminin premyerasında Madonna da iştirak edib. Onun əynində Jean-Paul Gaultier-in konusvarı büstqalter və çəhrayı rəngdə qısa tuman olub. Madonna cızıqları keçdiyini bilib, və onun gülüşü bunu təsdiqləyir.
Cannes

Şəklin mənbəyi, Francois Durand / Getty Images

Şəklin alt yazısı, Balkondan çəkiliş qırmızı xalçada baş verənlərə yüksəklikdən baxmağa imkan verir. Bu şəkildə Gus van Sant-ın The Sea of Trees (Ağaclar Dənizi) filminin aktyorları sankı dirijorun qarşısında sıraya düzülüblər.
Arnold Schwarzenegger

Şəklin mənbəyi, Keystone / Getty Images

Şəklin alt yazısı, Gənc Arnold Schwarzenegger çimərlikdə, sözün əsl mənasında, əzələ nümayişinə çıxıb. Bu fotosessiya onun Pumping Iron (Bodibildinq) filmində çəkilişinə həsr olunub. Festivalın 70 illik tarixində bu fotosessiya, bəlkə də, ən gözlənilməz məqamlardan biri olub.
Sean Penn və Charlize Theron

Şəklin mənbəyi, Tristan Fewings / Getty Images

Şəklin alt yazısı, Bu şəkildə Sean Penn və Charlize Theron, gözlənilməz tərzdə ayrıldıqlarından sonra, ilk dəfə camaat qarşısında birlikdə fotoçəkilişə düşüblər. Əvvəl onlar həmkarları ilə bərabər addımlayaraq biri-birinə yaxınlaşmağa ehtiyat ediblər. Lakin son nəticədə, mətbuat nümayəndələrinin əksəriyyəti kameralarını yığışdırdıqdan sonra, Charlize addım edərək Sean-a yaxınlaşıb və onu üzündən öpüb. Getty Images bu anı lentə ala bilib. Məhz belə məqamlarda deyiblər ki, min sözdən isə bir təsvir yaxşıdır.
Festivalın münsiflər heyətinin ilk qadın sədri heyət üzvləri ilə bərabər

Şəklin mənbəyi, Stringer / Getty Images

Şəklin alt yazısı, 1965-ci ildə ABŞ aktrisası Olivia De Havilland münsiflər heyətinin sədri təyin olunan ilk qadın olub. Bu, 18-ci Cannes kinofestivalında baş verib. Şəkildə həmin münsiflər heyətinin üzvləri əks olunub. Onların arasında yalnız bir qadın var. Bu yaddaqalan hadisə kino industriyasında digər qadınların da yolunu daha hamar və asan edib.