Şəkillərdə - Cannes kino festivalının qalibi "Kvadrat" filmidir

Şəklin mənbəyi, Reuters
Bazar günü Cannes kino festivalının 70 illik yubiley mərasimi başa çatıb. İsveç rejissoru Ruben Ostlund-un (yuxarıda) "Kvadrat" filmi (The Square) Cannes kino festivalının "Qızıl palma budağı" mükafatını qazanıb.

Şəklin mənbəyi, Getty Images
Zəriflik nümunəsi - Jessica Chastain Cannes kino festivalına münsiflərin rəsmi üzvi kimi təşrif buyurub.

Şəklin mənbəyi, Reuters
Münsiflərin daha iki üzvü - amerikalı aktyor Will Smith və fransalı aktrisa Agnes Jaoui.

Şəklin mənbəyi, Reuters
Uma Thurman festivalın "Xüsusi baxış" (Un Certain Regard) müsabiqə proqramının münsif heyətinə başçılıq edib. İranlı rejissor Mohammad Rasoulof "Düzgün insan" (A man of İntegrity) filmiylə müsabiqənin baş mükafatını qazanıb.

Şəklin mənbəyi, Getty Images
Gwendoline Christie ("Taxtların oyunu" filmindən Brienne Truth rolu ilə məhşur olan), Elizabeth Moss ("Dəlilər" serialının qəhrəmanı Peggy Olson) və "Oscar" da daxil olmaqla bütün mümkün kino mükafatlarının sahibi Nicole Kidman birlikdə "Göl başı" (Top of the Lake) serialında çəkiliblər.

Şəklin mənbəyi, Getty Images
Britaniyalı aktyor Robert Pattinson - bank oğrusu obrazını canlandırdığı "Yaxşı zamanlar" (Good time) filminin nümayişindən əvvəl pərəstişkarları arasında. Film "Qızıl palma budağı" mükafatına namizədlər arasında idi.

Şəklin mənbəyi, Getty Images
Festivalın qonaqları arasında olan müğənni Rihanna Cənubi Koreya rejissoru Bong Joon Ho-nun "Okça" (Okja) filminin nümayişində iştirak edib.

Şəklin mənbəyi, Getty Images
"Ən yaxşı qadın" roluna görə mükafatı "Solğun" (İn the Fade) filmində canlandırdığı rola görə almaniyalı aktrisa Diane Kruger qazanıb.

Şəklin mənbəyi, Getty Images
"Sürgün", "Yelenalar" və "Leviafan" filmləri ilə məhşur olan rusiyalı rejissor Andrey Zvyagintsevin "Sevgisiz" (Loveless) filmi, festivalın nüfuzuna görə üçüncü mükafatı sayılan - münsif mukafatını qazanıb.

Şəklin mənbəyi, Getty Images
Ən çox titullara sahib olan ispaniyalı rejissor Pedro Almodovar bu ilki münsiflər heyətinin sədri olub.
























